Sionist rejiminin “Doğru vəd 2” əməliyyatındakı sürpirizi ilə bağlı deyilməyən faktlar

“Doğru vəd 2” əməliyyatı uşaq qatili olan sionist rejiminin bütün nailiyyətləri və xəyali perispektivlərini məhv etdi. Bu əməliyyat o qədər təsirli və mühüm idi ki, analitiklərin çoxu onu sionist rejiminə qarşı ikinci 7 Oktyabr hadisəsi adlandırıb.

Oktyabrın 1-i axşam saatlarında həyata keçirilən uğurlu və qürurverici “Doğru vəd 2” əməliyyatından çox zaman ötmür. Bu hadisədə İran İslam Respublikası müxtəlif növ 200-dən çox raketlə işğal olunmuş Fələstindəki hərbi və təhlükəsizlik obyektləri birbaşa olaraq hədəfə aldı və sionist rejiminə böyük xəsarətlər yetirdi.

Bu raket hücumu sionist rejiminin bütün nailiyyətləri və xəyali perispektivlərini məhv etdi. Bu əməliyyat o qədər təsirli və mühüm idi ki, analitiklərin çoxu onu sionist rejiminə qarşı ikinci 7 Oktyabr hadisəsi adlandırıb. Bu o deməkdir ki, sionistlərin mövqeyi əvvəlkindən də bir neçə pillə süqut edib.

Əldə edilən məlumatlara əsasən, İran İslam Respublikası işğal olunmuş ərazilərə doğru həri biri 100 raket olmaqla iki dəfə raket atıb.

Bu əməliyyat zamanı “Novatim” hava bazası, “Hatzrim” və “Mossad” qərargahı dəqiq atılan onlarla raketin hədəfinə çevriliblər. Amma sionist rejimi indiyə qədər “Senzura Bölməsi”nin səyi ilə bu bazalara dəymiş ziyanların həcminin və onlarla bağlı xəbərlərin yayılmasının qarşısını alıb. Təbii ki, əldə olunan hesabatlara əsasən, atılan raketlər nəticəsində bu bazalara ciddi şəkildə ziyanlar dəyib.

Bu əməliyyatın digər hədəflərindən biri “Netsarim”dəki İsrail rejiminin tanklarının və zirehli birləşmələrinin toplandığı yerin hədəfə alınması idi. Nəticədə, bu rejimin məzlum Qəzzə əhalisinin qətliamı üçün istifadə etdiyi bir sıra tanklar hədəfə alındı. Bundan əlavə, xeyli sayda sionist öldürüldü və yaralandı. Amma ivrit mediaları dəymiş ziyanların həcmini çox aşağı göstərməyə çalışdılar.

Havadan müdafiə sahəsində də əldə olunan ən son məlumatlarda, sionist rejiminin “Aro” adlı havadan müdafiə sistemlərinin əsas radarlarının tamamilə məhv edildiyi deyilir. Bu sistemlərin vəzifəsi raketləri müəyyənləşdirmək, tutmaq və məlumatlarını operativ radarlara göndərmək idi.

İran raketləri qarşısındakı rüsvayçılıq və zəiflik təkcə sionist rejiminə aid deyil. Amerikalıların və qərblilərin də bu məğlubiyyətdə bir növ payları var. Çünki onların bu rejimə bağışladıqları havadan müdafiə sistemlərinin acizliyi İran İslam Respublikasının raketləri müqabilində üzə çıxdı.

Sonda qeyd etmək lazımdır ki, sionist rejiminin Doğru vəd 2 əməliyyatına cavab macəraları bu uğursuz rejim və onun qərbli həmkarları üçün dəhşətli nəticələrə səbəb ola bilər. Buna görə də, dünya amerikalıların regiondakı quduz itini cilovlamalı və onun axmaq hərəkətlərinin qarşısını almalıdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir