Sionist İsrail rejimin xarici işlər naziri Türkiyəyə gəlir

 Xarici İşlər Nazirliyi sionist rejimin İsrail xarici işlər naziri Yair Lapidin iyunun 23-ü cümə axşamı Türkiyəyə səfər edəcəyini açıqlayıb.

Lapid cümə axşamı Ankaraya səfər etməyi və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməyi planlaşdırır.

XİN-dən verilən açıqlamada səfər çərçivəsində keçiriləcək təmaslarda ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirə olunacağı qeyd edilib.

Lapid bildirib ki, İstanbula səfər edən İsrail vətəndaşları “ən qısa zamanda” İstanbulu tərk etməlidirlər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir