Nəqliyyat təyyarələri hər bir ölkənin istər hərbi, istərsə də mülki sahədə əsas ehtiyaclarından biridir. İran da bu qaydadan kənar deyil. Buna görə də ölkənin silahlı qüvvələrə dəstəyini öhdəsinə götürən Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi nəqliyyat təyyarələrinin dizaynı və istehsalına başlayıb.
Ölkənin silahlı qüvvələri, keçmişdən indiyə kimi nəqliyyat təyyarələrindən istifadə edən ən böyük istifadəçilərindən biri kimi tanınmalıdır. Onların daha çox istifadə etdikləri təyyarələr Amerika istehsalı donanması- C-130 təyyarəsi- yaxud Rusiya (keçmiş Sovetlər İttifaqı) istehsalı – İlyuşin-74 və 76 təyyarələridir.
Silahlı qüvvələr bir neçə ildir ki, bu təyyarələrin istifadəsi və əsaslı təmiri sahəsində tam yetkinliyə çatıblar. Amma bir tərəfdən mövcud donanmanın köhnəlməsi, digər tərəfdən də onların əsaslı təmir xərclərinin olmasına görə, yerli və daxili istehsal olan nəqliyyat təyyarəsindən istifadəyə ehtiyac duyulurdu. Bununla əlaqədar Müdafiə Nazirliyi 90-cı illərdə meydana daxil olaraq nəqliyyat təyyarələrinin istehsalına başladı.

İran-140; İlk, amma uğursuz təcrübə
Müdafiə Nazirliyinin məsul şəxsləri 1996-cı ildə bir neçə xarici şirkət arasında tender keçirərək İrana məxsus nəqliyyat təyyarəsinin lahiyə və istehsalını başladı. CASA, Tupolev anda Saab Antonov, ATR, Ilyushin şirkətləri by tenderdə iştirak etdilər. Sonda Ukraniyanın Antonov şirkəti (Ukraniyanın Aeorokosmik Texnologiyası və Hərbi Sənaye Şirkəti) tenderin qalibi oldu. Təbii ki, sanksiyaların mövcudluğunu Antonovun qalib gəlməsində təsirsiz saymaq olmaz.
Antonov tenderdə qalib gəldikdən sonra özünün Antonov-140 (An-140) adlı turboprop təyyarələrindən sayılan bir modeli İrana təkilf etdi. Öz layihələrində sərnişin istifadəsi üçün kiçik təyyarə ardınca olan iranlı məsullar, bu layihəni münasib görərək seçdilər.

Antonov-140, münasib təyyarə idi. Amma iki problemi vardı. Birincisi, onun hələ ana şirkətdə bütün sınaqlardan keçməməsi idi. İkincisi isə onun gövdəsinin İranın iqliminə uyğun olmaması idi. Ekspertlərin çoxu birinci problemə görə, bu təyyarənin İranda istehsal olunması ilə razı deyildilər və ölkənin belə bir sərmayə yatırışına girməməli olduğunu düşünürdülər. Amma hər halda bu layihə İsfahanın Həsa sənayesində öz işini başladı.
Bu müqavilə bağlanan zaman Ukraniyanın maliyyə vəziyyəti yaxşı deyildi və buna görə də bu layihənin icrası ilə razılaşdı. Müqaviləyə əsasən, ana şirkət olan Antonov, Antonov-140 təyyarəsini İranda istehsal etməli idi. Ukraniya da bu həmkarlığı xoş qarşıladı və bu işin İranda baş tutması qərara alındı.

İlk Antonov-140 təyyarəsi 2000-ci ildə ilk uğurlu uçuşunu Ukraniyada həyata keçirə və özünü isbat edə bildi. Bu hadisə ilə eyni zamanda İsfahanın Həsa sənayesində İran-140 istehsalı xətti işə salındı.
İran-140 layihəsinin sürətli şəkildə səmərə verməsini gözləyən Müdafiə Nazirliyinin məsul şəxslərinin intizarları çox çəkmədi və təyyarənin ilk uçuşu, bu təyyarənin ilk nümunəsinin Ukraniyada uçuşundan bir il sonra yəni, 2001-ci ildə İsfahanın Şahin şəhərində həyata keçirildi.

Müdafiə Nazirliyinin məsul şəxsləri hətta sərnişin daşımanın istifadəsindən əlavə, yaxın gələcəkdə zaman ötdükcə P3F dəniz patrul təyyarələrinin yerini tutacaq olan İran-140 təyyarəsinin Qartal adlı dəniz modelini də təqdim etdilər.

2000-ci illər İran-140 layihəsinin idarəçiləri və qəyyumları üçün deyildi. Çünki, 2002-ci ildə Antonov-140 təyyarəsi qəzaya uğradı, rusiyalı və ukraniyalı ekspertlərdən ibarət 44 nəfər sərnişinin hamısı öldü. Bu ekspertlər İran-140 istehsal xəttinin açılışında iştirak etmək üçün İrana səfər edirdilər.
Mediyalardakı statistikaya əsasən, İran-140 təyyarəsi İranda xidmət göstərdiyi vaxtda 3 dəfə də qəzaya uğradı. Buna görə də ölkənin məsulları təyyarələrin İranda uçuşunun qadağan olması və heç vaxt uçuşa icazə verilməməsinə dair əmr verdilər.

2014-cü ildə o vaxtkı prezidentin göstərişi ilə İran-140-ın bütün uçuşları dayandırıldıqdan sonra 2021-ci ildə bu təyyarənin adı yenidən dillərə düşdü.
Müdadiə nazirinin müavini və İran Aviasiya Sənaye Təşkilatının rəhbəri Əmir Əfşin Xacəfərd, İran-140 təyyarəsinin yeni istifadə sahəsində işlədilməsi barədə xəbər verdi.
Aviasiya Sənaye Təşkilatının rəhbəri həmçinin, bu təyyarədən yüngül nəqliyyat sektorunda istifadə oluna və onun yeni işlənmiş versiyasının ilin sonuna kimi təqdim oluna bilməsina dair ümidvarlığını bildirmişdi. Amma bu iş, bir qədər təxirə düşdü 19 May 2022-ci ildə Simurq adlı yeni işlənmiş versiyasının təqdim etmə mərasiminə şahid olduq.

Simurq, İran səmasının yeni quşu
Simurq, iki turboprop motoru ilə təchiz olunmuş yüksək qanadlı yüngül nəqliyyat təyyarəsidir ki, yarım-hazır və qısa enmə zolaqlarında işləməyi bacarır. Bu təyyarənin 23 metr uzunluğu, 25 metr eni, 8 metr hündürlüyü var və 6 ton yük daşıya bilər. Təyyarənin maksimum sürəti saatda 500 mk-dir və 3900 km uzunluğundakı məsafəni qət edə bilər. Simurq təyyarəsinin havaya qalxması üçün ən azı 1450 metr uzunluğunda uçuş zolağına və enməsi üçün ən azı 900 metr uzunluğunda enmə zolağına ehtiyacı var.

Simurq təyyarəsinin imkanlarından biri, yüklərin daşınmasıdır. 463L standartlı paletlərin, yüngül çərxli avadanlıqların və müxtəlif növ təyyarə motorlarının yüklənməsi, Simurq vasitəsilə daşınma qabiliyyətinə malik yüklər sırasındadırlar.
Simurq həmçinin, döyüş cəbhələrindən yaralıların daşınması sahəsində də fəaliyyət göstərə bilər. Onun daxili fəzası, yaralıları daşımaq üçün 24 xərəklə təchiz olunma qabiliyyətinə malikdir. Paraşutçuların daşınması və gözlənilməz hadisələrdə əməliyyat keçirmək, Simurq təyyarəsinin digər imkanlarındandır. Hava limanlarında az avadanlıqla bu təyyarədən istifadə edilməsi, Simurq yüngül nəqliyyat təyyarəsinin digər xüsusiyyəti sayılır.

Simurqla İran-140-ın fərqləri nədir?
Deyildiyi kimi İran-140 təyyarəsində mövcud olan problemlərdən biri, onun İran iqlimi ilə uyğun olmaması idi. İran Aviasiya Sənaye Təşkilatının rəhbəri Əmir Xacəfərd, İran-140-ın qəzalarının səbəbi barəsində demişdi ki, bu təyyarələrdə qabağa gələn problemlərdə 60%, səhvin forması ilə deyil, istismar növü ilə bağlıdır.
Simurq təyyarəsinin dizaynerlərinin sözlərinə görə, bu təyyarənin dizayn dili FAR 25 və MIL səviyyəsindədir. Əgər lazım olan sınaqları uğurla yerinə yetirə bilsə, o zaman onun F-27 “Friendship” təyyarəsi ilə əvəz edilməsi mümkündür.

Simurq və İran-140 təyyarələri müqayisə olunan zaman görünür ki, İran 140-a nisbətən Simurqun gövdəsində dəyişiklik baş verib. Əsas dəyişiklik onun arxa tərəfinə rampa əlavə edilməsi və arxa qanadlarda bəzi dəyişikliklərin olmasıdır.

Digər dəyişiklik quyruq tərəfdə və arxa sükandakı dəyişiklikdir. Arxa sükan V formasından daha sadə sükanla dəyişdirilib.

İran-140 və Simurq təyyarələrinin qanadalarının dizayn fərqinə diqqət yetirdikdə, əsas qanadlardakı dizayn fərqini görmək olur. Qanad dizaynının dəyişməsindəki üstünlüklərdən biri, uçuç zamanı daha dözümlü olmasından əlavə, yanacaq ehtiyatı üçün daha çox yerdən istifadə edilməsidir.

Motor, təyyarə kimi hər bir nəqliyyat vasitəsinin bir hissəsidir. Simurq dizaynerləri onun optimallaşdırılması üçün müəyyən addımlar atıblar. Simurqun İran-140-a nisbətdə motorunun optimallaşdırılması və bəzi dəyişikliklərinin əsas səbəb kimi görünən budur ki, əvvəlki motor İran iqlimində uçuş üçün münasib deyildi, amma İran iqliminə uyğun motor optimallaşıb.

Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri Əmir Muhəmməd Rza Aştiyani, 6 Mart 2023-cü ildə mediya nümayəndələri ilə keçirdiyi mətbuat konfransında Simurq nəqliyyat təyyarəsinə işarə edərək deyib: Bu layihə izlənilir və hal-hazırda sürətli taksi mərhələsindədir.
Bundan əvvəl uçuş sınaqlarının yerinə yetirilməsi üçün lazım olan müddətin təxminən 6 aydan 1 ilə kimi olduğu bildirilmişdir.

Simurq, ilk İran “Gunship”-nə çevriləcəkmi?
Əgər Simurq müxtəlif sınaqları uğurla yerinə yetirərək uça bilsə, o zaman nəqliyyatdan əlavə cəngəllik təyyarəsi (elektron təyyarə) və Gunship (silahlı döyüş təyyarəsi) kimi rolları oyna bilər.
Qeyd olunan bu iki rolun əhəmiyyəti o qədər yüksəkdir ki, nəqliyyat roluna nisbətən daha çox əhəmiyyətə sahib ola bilər. Çünki, İran nəqliyyat sahəsində və bir miqdar da cəngəllik sahəsində donanmaya sahibdir. Amma Gunship (silahlı döyüş təyyarəsi) sahəsində donanmaya sahib deyil və ona ehtiyacı var.