Silahları aşkar etmə qabiliyyətli ağıllı təhlükəsizlik kameralarının istehsalı

Elm təməlli şirkətlərdən birinin mütəxəssisləri süni intellektdən istifadə etməklə insan varlığının aşkarlanması, sifətin tanınması, nömrə nişanının oxunması və silah aşkarlanması kimi xidmətlər təqdim edən yeni nəsil təhlükəsizlik kameraları istehsal etməyə nail olublar.

Xarici KİV-in Prezident yanında Elmi Müavinliyə istinadən verdiyi məlumata görə, elm təməlli şirkətlərdən biri yeni nəsil təhlükəsizlik kameralarından sayılan yeni smart kameralar istehsal edib. Bu smart kameralar süni intellekt texnologiyasından istifadə etməklə hər an kameranın baxış bucağını yoxlayır və istfadəçiyə insan varlığının aşkarlanması, sifətin tanınması, nömrə nişanının oxunması və silah aşkarlanması kimi xidmətlər təqdim edirlər. Smart kameralar bütün bu xidmətləri əşyaların interneti və mobil proqram təminatı platformasında istifadəçinin ixtiyarına verir. İstifadəçilər dünyanın hər bir yerində proqram vasitəsilə kamerada müşahidə edilmiş bütün hadisələrdən anında xəbərdar ola bilərlər.

Şirkətin baş direktoru dünyanın istənilən yerində keçmiş hadisələrə baxmaq, assimmetrik şifrələnmə vasitəsi ilə şəkillərin və video faylların saxlanılması, minimum vaxt gecikməsi və birdəfəlik açarla təhlükəsiz canlı yayım, oğrluq yaxud kamerada nasazlıq oduğu təqdirdə onu istifadəçiyə bildirmək, 500 meqabayt həddində olan hadisələrin internetdə pulsuz və həmişəlik qeydə alınaraq saxlanılması, lazım oluqda xəbərdarlıqların ismarıc şəklində elan olunması, paylanmış proqram təminatı infrastrukturundan istifadə və 24 saat xidmətin smart kameralarının xüsusiyyətlərindən olduğunu bildirərək deyib: İnsan və sifətin tanınması, nömrə nişanının oxunması və silah aşkarlanması zamanı mobil proqram üzərində dərhal xəbərdarlıq elanı, aylıq və illik ödənişə ehtiyacın olmaması, bütün smart xüsusiyyətlərin bir kamera üzəridə olması, asan və DVR-ə ehtiyac olmadan quraşdırılması, videoların daxili yaddaşda saxlanılması, kamera və ximət sabitliyindən başqa digər proqram və aparat alınmasına ehtiyacın olmaması, nasazlıq yaxud beynəlxalq internetin qəfil kəsilməsi zamanı push bildirişləri almaq İrana məxsus smart kameralarının xarici nümunələr ilə müqayisədəki üstünlükləridir.

O, smart kameralarının təhlükəsizlik həcmi barədə deyib: Şəkillərin və hadisələrin təhlükəsizliyi üçün assimmetrik şifrələnmədən istifadə, videoların ümumi\şəxsi açar vasitəsilə kameranın daxili yaddaşında saxlanılması, kamera oğurlandığı təqdirdə onun oğru üçün istifadə qabiliyyətinə malik olmaması, təhlükəsiz və keçilməz rabitə protokolu, görüntülərin birdəfəlik açarla təhlükəsiz və şifrələnmiş şəkildə canlı yayımlanması bu kameralarda nəzərə alınmış təhlükəsizlik tədbirlərindəndir.

Bu texnoloq əlavə edib: İndiki bütün müşahidə kameraları xarici brend olduğundan, onların serverləri İrandan kənardadır və bu məhsul istifadiçilərinin təsvir məlumatlarını emal etmək zərurəti yarandıqda, nəticələrdən istifadə edilə bilməsi üçün əvvəlcə görüntülərin İrandan xaricə getməsi və sonra oradan göndərilməsi lazımdır. Emal prosesində də emalı yerinə yetirmək üçün serverin olması zəruridir. Halbuki, İran istehsalı olan kameralarda bütün emallar kameranın özündə həyata keçirilir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir