SEPAH üçün yüksək sürətli qabaqcıl 3 gəminin istehsalı/ Dünyada ilk dəfə olaraq 8 metrlik kater üzərinə raket quraşdırılması

İnqilab Keşikçilərinin Hərbi Dəniz Qüvvələrinin komandanı deyib: Dünyada ilk dəfə olaraq yüksək sürətli 8 metrlik bir kater üzərinə yüksək dəqiqlikli və dağıdıcı gücə malik 30 km mənzilli raket quraşdırılıb.

Kont-admiral Əlirza Tənqsiri Buşehrdə jurnalistlər arasında raketlərin istehsalında dözümlülük, müalicə və dənizçilik mövzusunun diqqət mərkəzində olduğunu bildirərək deyib: Bu istiqamətdə istehsal olunmuş katerlərin gövdəsi katerlərin malik olduqları sürətə tab gətirə bilməsi üçün möhkəm və yüngül olan karbon materialı ilə əvəzlənib.

O, karbon gövdəli yüksək sürətli katerlərin istehsalından xəbər verərək deyib: SEPAH-ın Hərbi Dəniz Qüvvələrində 35 yaşdan aşağı iranlı gənclər tərəfindən yüksək sürətli alüminium katerlərin dizaynı və istehsalı bir iftixardır.

İnqilab Keşikçilərinin Hərbi Dəniz Qüvvələrinin komandanı əlavə edib: Buşehrin Şəhid Məhəllati zavodlarında, Müdafiə və Dəstək Nazirliyində və elm təməlli şirkətdə qabaqcıl avadanlıqlarla təchiz edilmiş 3 yüksək sürətli gəmi istehsal olunub. Bu istiqamətdə İnqilab Keşikçilərinin Hərbi Dəniz Qüvvələrinə qoşulan növbəti fenomen alüminium gövdəli yüksək sürətli döyüş gəmi Əbu Mehdi əl-Mühəndis idi.

Kont-admiral Əlirza Tənqsiri SEPAH-ın Hərbi Dəniz Qüvvələrində günbəgün və ilbəil müxtəlif sahələrdə böyük addımlar atıldığını bildirərək deyib: Bu gəmilərə raketlərin quraşdırılması düyada görünməmiş bir hadisədir. Yüksək sürətli 8 metrlik bir kater üzərinə yüksək dəqiqlikli və dağıdıcı gücə malik 30 km mənzilli raket quraşdırılıb.

O, bu nailiyyətləri İran İslam Respublikasının mühüm iftixarlarından sayıb və Şəhid Məhdəvi gəmisinin istehsalına və təchizatına toxunaraq deyib: Bu, okean gəmisidir və son hərbi təlimlər zamanı bu gəminin üzərindən balistik raket buraxılıb və ilk dəfə olaraq minlərlə km uzaqlıqdakı hədəfi vurub.

İnqilab Keşikçilərinin Hərbi Dəniz Qüvvələrinin komandanı bu qüvvələrin gəmilərinin şəhidlərin adına olduğunu bildirərək deyib: Bu arada Şəhid Səyyad Şirazi və Şəhid Həsən Baqiri gəmiləri bu qüvvələrin sıralarına qoşulub.

Kont-admiral Əlirza Tənqsiri düşmənin təhdidlərinə işarə edərək əlavə edib: İran İslam Respublikası ötən 45 il ərzində həmişə düşmənlərin təhdidinə məruz qalıb. Çünki, İran İslam Respublikasının düşmənlərinin xarakteri və mahiyyəti təhdiddir. Bu da, bizim hər gün hazırlığımızı və döyüş gücümüzü artırır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir