SEPAH-ın sürət qayıqlarını radar və izləmə sistemindən çıxardıq

İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinin komandanı yeni sualtı qayıqların radar və izləmə sistemlərindən gizlənmə potensiallı istehsalından xəbər verərək deyib: Sualtı qayıqlarımızın korpusu artıq radar və izləmə sistemlərindən amandadır və bu korpusların ölkə daxilində düzəldilməsi üçün çalışırıq.

Fars xəbər agentliyinin Bəndərabbasdan verdiyi məlumata əsasən, İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Əlirza Təngsiri Malik Əştər festivalının seçilmişlərinin mükafatlandırılması mərasimi əsnasındakı müsahibəsində deyib: İslam İnqilabı Rəhbərinin baş komandanlığın əhəmiyyəti, hərbi qüvvələrin fəaliyyətinə nəzarət ünvanında keçirilən Malik Əştər festivalının ali məqsədlərinin qorunub saxlanıması  təkidinə əsasən 12 ildir ki, bu tədbiri davam etdiririk.

İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinin komandanı hərbi qüvvələrə edilən əlavələr barədə deyib: Ötən 3 il ərzində ümumilikdə yerli təchizatlı 8 əlavələr hərbçilərin ixtiyarına verilib və ilahi qüvvələrin yardımı ilə yaxın gələcəkdə belə  mübarək hadisələrin şahidi olacağıq.

Hərbi Dəniz Qüvvələrinin komandanı SEPAH-ın uğurlarının iranlı mütəxəssislərin elmindən istifadə və yerli istehsalı olduğunu qeyd edərək deyib: Bildiyiniz kimi, İranın Hərbi Dəniz Donanması strateji bir qüvvədir. Digər qüvvələrdə də mövcud olan tank, su tankları, sabit qanadlı təyyarə, dron və sairə kimi müxtəlif tipli sistemlərimiz var. Ona görə də daim Müdafiə nazirliyi, hərbi təşkilat və qüvvələrlə mütəmadi və qarşılıqlı əməkdaşlıq sayəsində ehtiyacımız olan avadanlıqlar istehsal edirik.

SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı İnqilab Rəhbərinin təkidlə yanaşdığı əsas biliklərdən istifadə edildiyinə işarə edərək deyib: Biz daim əsas bilik avadanlıqlarından istifad etməyə çalışırıq.

Admiral Əlirza Təngsiri yerli istehsal olan hərbi avadanlıqlara üstünlük verilməsi və əsas bilik üzrə çalışan şirkətlərin daha da aktiv fəaliyyəti barədə deyib: Əsas bilik zəminində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq və yerli məhsullardan istifadə etmək Dəniz Donanması üçün bir fəxrdir. Əslində əldə olan bəzi PUA  və quadkopterlər iranlı əsas bilik mütəxəssislərinin zəhmətinin bəhrəsidir. Təbiidir ki, biz İnqilab Rəhbərinin əsas bilikdən faydalanmaya dair təkidlərinə əməl etdik və dəniz qüvvələri elə ötən ildən fəaliyyətini bu tövsiyələrə uyğun fokuslayıb.

İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinin komandanı yeni tipli sürətli sualtı qayıqların radar və izləmə sistemlərindən gizlənmə potensiallı istehsalı barədə açıqlama verərək qeyd edib: Sualtı qayıqlarımızın korpusu artıq radar və izləmə sistemlərindən amandadır və bu korpusların ölkə daxilində düzəldilməsi üçün çalışırıq.

O, düşmənin Fars Körfəzindən tamamilə yox olmasını İranın regiondakı keyfiyyətli və aktiv fəaliyyətinin nəticəsi olduğunu vurğulayıb: Biz həmişə region ölkələrinə öz təhlükəsizliyimizi təmin etməyə qadir olduğumuzu deyirik. Şükürlər olsun ki, amerikalıların gedişi ilə region təhlükəsizliyi strateji cəhətdən həssas bir məntəqəyə çevrilib.

Ötən illərdə Amerika regionda bir çox münaqişəyə səbəb olub

Admiral Təngsiri müsahibənin davamındaa deyib: Ötən illərdə amerikalılar region xalqlarını müxtəlif problemlərlə üzləşdirib. Dəfələrlə onların yaratdığı münaqişələrin şahidi olmuşuq; Yaponiyaya aid gəminin ABŞ sualtısı ilə toqquşması və  bir Hindistan vətəndaşının ölümünə səbəb olan BƏƏ-yə məxsus turist gəmisinin amerikan sualtısı ilə qəzası da bu qəbildəndir.

Admiral Təngsiri vurğulayıb: Amerikalılar dəniz və sualtı məkan qanunlarına riayət etmir, çıxışa aid su yollarından giriş edirlər və ümumiyyətlə onlar məntəqədə təhlükəsizlik və stabilliyin pozulmasına səbəbdirlər.

“Şəhid Süleymani” gəmisi SEPAH Dəniz Qüvvələrinə qoşulur

Admiral Təngsiri “Şəhid Süleymani”nin adını daşıyan gəminin SEPAH Dəniz Qüvvələrinə qoşulması barədə detallı məlumat barədə deyib: Allahın yardımları ilə yaxın gələcəkdə bu haqda rəsmi məlumat verəcəyik. Bu gəminin özünəməxsus özəllikləri var; Gəmi “katamaran” deyil, “inket” növlü bir gəmidir. Hal-hazırda biz “menual”, “terymaral” və “kataran” növlü dəniz vasitələrindən də istifadə edirik. “Şəhid Süleymani” isə “inket” növü isə tamamilə modern tipli bir materialdan hazırlanmış radara düşməyən bir gəmidir.

SEPAH Dəniz qüvvələrinin baş komandanı söhbətinin sonunda deyib: “Şəhid Süleymani” adına radar və izləmə sistemlərindən gizlənmə potensiallı gəmi isə Qasim Süleymani şəhid olduqdan sonra bizə qoşuldu və o şəhidin  həm İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinin qəlbində həm də okenlarda yerinin olduğunu göstərir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir