SEPAH-ın “Nur 3” peyki Yerin 450 km-lik orbitində uğurla yerləşdirilib

İslam İnqilabının Keşikçiləri Korpusunun Nur 3 adlı 3-cü yerli peyki Qasid peykdaşıyıcısı vasitəsi ilə kosmosa göndərilib və Yerin 450 km-lik orbitində uğurla yerləşdirilib.

Xarici KİV-in verdiyi məlumata görə, İmam Mehdinin (ə.c) imamlıq dövrünün başlaması günləri ilə eyni zamanda İslam İnqilabının Keşikçiləri Korpusunun Nur 3 adlı 3-cü yerli peyki Qasid üç mərhələli birləşdirilmiş peykdaşıyıcısı vasitəsi ilə kosmosa göndərilib və Yerin 450 km-lik orbitində uğurla yerləşdirilib.

Bu məlumata əsasən, ölçmə və kəşfiyyat peyki olan Nur 3 saniyədə 7.6 km sürətlə və uçuşdan 500 saniyə sonra 450 km orbitdə yerləşib.

Bu peyk və peykdaşıyıcısı SEPAH-ın Araşdırma Mərkəzində dizayn edilərək hazırlanıb.

İslam İnqilabının Keşikçiləri Korpusu bundan əvvəl də Nur 1 və Nur 2 peyklərini Qasid peykdaşıyıcısı vasitəsilə kosmosa göndərib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir