SEPAH-ın Dəniz Qüvvələri komandiri: Şəhid Süleymani hərbi gəmisi 2000 km uçuş məsafəli raketlərlə təchiz olunub

Admiral Tənqsiri deyib: İlk dəfə olaraq, yerli istehsal olan şaquli vəziyyətdə uçan havadan müdafiə raketləri və 40-2000 km məsafəli uçuşa sahib “yerdən-yerə” qanadlı raketlər atəşə nəzarət sistemi ilə Şəhid Süleymani hərbi gəmisi üzərinə quraşdırılıb.

Xarici KİV-in verdiyi məlumata görə, İslam İnqilabı Keşikçilər Korpusunun Dəniz Qüvvələri komandiri general admiral mühafizəçi Əlirza Tənqsiri verdiyi müsahibədə İslam İnqilabının nailiyyətlərinin bəyan olunmasının əhəmiyyətinə işarə etməklə yanaşı deyib: Əgər biz nəql etməsək, düşmən istədiyi kimi nəql edəcək. Böyük Məqamlı Rəhbər bəyan etmək məsələsini cihad olaraq təqdim edib.

General Tənqsiri sözlərinin davamında deyb: Əgər biz bu işi görməsək, şəhidlərin, fədakarların, veteranların inqilab və 8 illik müqəddəs müdafiə illərindəki zəhmətləri hədərə gedəcək. Düşmən həqiqəti olmayan şeyləri cəmiyyətə ötürməmişdən əvvəl, gərək özümüz həqiqətləri xalqa deyək və cəmiyyətin tərəqqisini xalqa, xüsusən də gənclərə göstərək.

SEPAH-ın Dəniz Qüvvələri komandiri təxminən 4-5 ay əvvəl tərəqqi yollarını başladıqlarını bəyan edərək deyib: 10 mindən çox tələbə, şagird, müəllim və elita gətirərək hərbi avadanlıqlar və silahları onlara göstərmişik.

O, deyib: Tağut zamanında (İslam İnqilabından əvvəl) raketimizin ən çox uçuş məsafəsi 40 km idi, amma bu gün raketlərimizin ən az uçus məsafəsi 40 km-dir. Bundan əlavə, hər bir raketlə bir məsləhətçi də ölkəyə gəlirdi. Onlar burada ağalıq edirdilər və “vəhşilik” hüququ da alırdılar.

Admiral Tənqsiri əlavə olaraq deyib: Hal-hazırda katerləri və raketləri özümüz düzəldirik. Bizim bu hərbi avadanlıqlarımızı və hərbi gücümüzü görənlər yekdilliklə deyirdilər ki, bütün bunların baş tutacağını və bu yerə çatacağını düşünmürdük. İranın bütün bu inkişafları bizim çətin sanksiyalar şəraitində olduğumuz bir vaxtda baş verib. Bu, bu insalarda “bacara bilərik” hissinin vücuda gəlməsinə səbəb olur.

İslam İnqilabı Keşikçilər Korpusunun Dəniz Qüvvələri komandiri deyib: Biz Allahın lütfü ilə elə bir mərhələyə çatmışıq ki, hərbi silahlar sahəsində böyük addımlar atmışıq. Belə ki, biz regionda öndə gedən bir neçə ölkə arasındayıq.

O, Şəhid Süleymani hərbi gəmisinə işarə edərək deyib: Şəhid Süleymani hərbi gəmisi iranlı mütəxəssislər tərəfindən düşünülən, dizayn olunan və istehsal edilən unikal bir hərbi gəmidir. Bu böyük iş İran universitetlərində təhsil almış şəxslərin əli ilə ərsəyə gəlib.

General Tənqsiri deyib: İlk dəfə olaraq, yerli istehsal olan şaquli vəziyyətdə uçan havadan müdafiə raketləri və 40-2000 km məsafəli uçuşa sahib “yerdən-yerə” qanadlı raketlər atəşə nəzarət sistemi ilə Şəhid Süleymani hərbi gəmisi üzərinə quraşdırılıb. Düşmən bizim nə etmək istədiyimizi bilir. Elə buna görə də, məqsədimizə çatmamaq üşün çalışır. Buna görə də, bizə problemlər yaradır.

SEPAH-ın Dəniz Qüvvələri komandiri, həmçinin deyib: Tağut dövründə Hörmüz boğazının giriş su yoluna daxil olan gəmilərə sual verməyə cürətimiz yox idi. Amma bu gün qüdrət və iftixar əlamətidir ki, dəstəyə nəzarət qanunu tətbiq etməklə, İslam Respublikasının və böyük İran xalqının qanunlarına ehtiram etməyən gəmilərə, öz su yollarımıza daxil olmalarına icazə vermirik.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir