Ötən bazar günü İran ərazisindən İraqın şimalındakı Ərbil şəhərinə raket hücumu təşkil edilib.
Məlumatlara görə, İraqın Ərbil ərazisində sionistlərin gizli strateji bazası yerləşirdi. Bu bazadan sionist qüvvələr bir sıra terror planları hazırlayaraq həyata keçirirmiş. İran Suriyada sionistlərin hücumu nəticəsində iki hərbiçisini şəhid vermişdi. Buna cavab olaraq İraqın Ərbildəki məxfi strateji mərkəzi gecə saatlarında ballistik raketlərlə hədəfə alınıb.
Bir sıra media orqanı hədəf alınan binanın yaxınlığında ABŞ konsulluq binasının da yerləşdiyini məlumat verib. Əlbəttə, ABŞ konsulluq binasına heç bir xəsarətin dəymədiyi bildirilir. Sepah nöqtə atışlı raketlərlə nəzərdə tutduğu hədəfi dəqiqliklə vuraraq məhv edib. Sionist rəsmilərin məsələyə sükutla yanaşmasına baxmayaraq, Əl-Məyadin xəbər kanalı iraqlı mənbələrə əsasən, raket hücumu nəticəsində bir neçə sionist zabitin öldürüldüyünü açıqlayıb.