Sanksiyalara rəğmən, İranın kosmik nailiyyətləri İslam inqilabının irəlilədiyini göstərir

Elmlər Akademiyasının prezidenti qlobal təkəbbürün zülmkar sanksiyalarına baxmayaraq əldə olunan kosmik nailiyyətləri İslam inqilabının möhkəm və irəli doğru hərəkətinin göstəricisi olduğunu bildirib ki, bu da haqq və ədalət axtarışında olanların ümidinə və həmçinin İran İslam Respublikasının dünyadakı və regiondakı mövqeyinin yüksəlməsinə səbəb olub.

Dr. Məhəmməd Rza Müxbir ismarıcında ölkənin kosmik alimlərinin son nailiyyətlərini təbrik edərək deyib: Allaha şükür edirik ki, hər il müqəddəs “istiqlal, azadlıq, İslam Respublikası” amallarının həyata keçməsi üçün böyük İran xalqının fədakarlığı, igidliyini, mərdliyini, özünə inam və polad iradəsini xatırladan Fevral (Bəhmən) günlərində, kosmik yüklərin yerin orbitinə uğurla göndərilməsinə dair sevincli və qürurlu xəbərlər bütün azad və izzətli iranlıların ürəklərini şad edib.

Bu ismarıcda deyilir: İran bu uğurlu buraxılışlarda iki məhələli mane yanacaqlı peyk daşıyıcısı olan “Simurq”-dan istifadə etməklə Məhda, Keyhan 2 və Hatif 1 peyklərini ölkədə ilk dəfə olaraq minimum hündürlüyü 450 km və maksimum hündürlüyü 1100 km olan elliptik orbitə yerləşdirməyi bacarıb. Bunun üçün peyklərin çoxsaylı inyeksiyasının strateji texnologiyasından istifadə olunub.

Həmçinin Fevral ayında digər bir təqdirəlayiq buraxılışda ölkənin kosmos mütəxəssisləri üç mərhələli bərk yanacaqlı peykdaşıyıcısı olan “Qaim 100” vasitəsi ilə Sürəyya peykini yerin orbitinin 750 km-liyində yerləşdirə bildilər. İran peykdaşıyıcıları sahəsindəki son uğurlarda mane yanacaq və bərk yanacaq olmaqla iki texnologiya ilə təchiz olunub.

İlk dəfədir ki, ölkənin kosmik elmlər və texnologiyalar üzrə alimləri peykləri 500 km-dən daha yüksək orbitlərə yeritməyi bacarıblar. Peyklərin 500 km-dən daha yüksək orbitlərdə yerləşməsinin özünəməxsus üstünlükləri var. O cümlədən peyklərin uzun ömürlü olmasına, atmosfer pozuntularının təsirinin azaldılmasına və yerin daha geniş sahələrini əhatə etmə imkanına işarə etmək olar.

Buraxılmış peyklər, həmçinin uzaqdan zondlama, kosmik stansiyaların yerinin müəyyənləşdirilməsi, telekommunikasiya və əşyaların internetinin inkişafı kimi müxtəlif tədqiqat missiyalarına malikdirlər. Təbii ki, kosmik inkişaflar aerokosmik inkişafa dair hərtərəfli sənəd və ölkənin onillik kosmik planı çərçivəsində öz bəhrəsini verən müxtəlif hökumət və qeyri-hökumət qrumları arasındakı davamlı və birgə səylərinin nəticəsidir.

Şübhəsiz ki, aerokosmik inkişafa dair hərtərəfli sənəddə və ölkənin onillik kosmik planında sadalanan prioritetlər inqilabın müdrik rəhbəri tərəfindən dəstəklənir və onunla bağlı ağıllı göstəriş verir. Bu da, kosmosla bağlı elmlər, texnologiyalar vasitəsilə kosmosu fəth etmək və ona hakim olmaqda regionda birinci yeri tutmaq, pilotlu kosmik missiyaların yerinə yetirilməsi və insanın orbitə çıxarılması, həmçinin rabitə, zondlama və.s tətbiqli müxtəlif növ peyklərin dizaynı, istehsalı, buraxılması və onlardan faydalanmaq üçün effektiv həll yolu olacaq.

Bu məqsədlərin həyata keçməsi daxili gücə, İslam dünyasına və beynəlxalq əməkdaşlığa arxalanmaqla mümkün olacaq. Elmlər Akademiyası bu böyük uğuru bu işdə əli olan hər kəsə, xüsusən də bu böyük milli layihədə fəal olan alimlər, tədqiqatçılar və gənc mütəxəssislərə təbrik deyir və böyük İran xalqına layiq olan güclü İranın formalaşması üçün aydın gələcək arzulayır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir