İran İslam Respublikası Ordusunun baş komandanı düşmənlərin İrana qarşı tətbiq etdiyi sanksiyalara toxunaraq, deyib: “İran ordusu sanksiyaların ən qızğın çağında ölkənin ərazi bütövlüyü və müstəqilliyini müdafiə edə bildi”.
İRİB-nin məlumatına əsasən, İran İslam Respublikası Ordusunun baş komandanı general-mayor Seyid Əbdülrəhim Musəvi bildirib ki, İran ordusu müasir və effektiv ordu üçün lazım olan müxtəlif sahələrdə üstündür.
General-mayor Musəvi əlavə edib ki, İran ordusu təhdidləri daima izləyir və dəqiq kəşfiyyat məlumatlarına əsasən öz missiya ərazisində gələcək hadisələri müəyyən edir.
İran ordusunun baş komandanı vurğulayıb ki, İran Ordusu İran İslam Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və müqəddəs quruluşunu müdafiə etmək üçün bütün gücündən istifadə edir.