Salman buraxılış qurğusu ilə İranın ən yeni bioloji kapsulunun uğurla kosmosa buraxılışı

Dünən İranın ən yeni bioloji kapsulu yerli istehsal olan Salman buraxılış qurğusu vasitəsilə uğurla kosmosa buraxılıb.

Xarici KİV-in verdiyi məlumata görə, xalq tərəfindən seçilmiş 13-cü hökumətin ölkənin kosmik sənayesinin müxtəlif sektorlarının canlanması və bioməkan sahəsində əldə edilmiş biliklərin möhkəmlənməsi üçün atdığı addımlar çərçivəsində dünən yerli istehsal olan Salman buraxılış qurğusu ilə İranın ən yeni bioloji kapsulu kosmosa buraxılıb.

Bu bioloji kapsul insanın kosmosa göndərilməsi planının reallaşması istiqamətində elmi, tədqiqati, texnoloji bir yükdür və o, bu istiqamətdə lazım olan texnologiyaların inkişafı və əldə edilməsi məqsədi ilə Yer səthindən 130 km hündürlüyə buraxılıb.

İran Kosmik Təşkilatının şifarişi və Elm, Tədqiqat və Texnologiya Nazirliyinin Aerokosmik Tədqiqatlar İnstitutu tərəfindən hazırlanmış bu 500 kq-lıq kapsulun uğurla buraxılması ilə kosmosa göndərilmə planına aid müxtəlif texnologiyaların inkişafı, o cümlədən uşuş, bərpa, sürətə nəzarət və zərbəyə qarşı qoruyucu sistemlər, kapsul və çətir aerodinamik dizaynı, bioloji şəraitə nəzarət və monitorinqlə bağlı sistemlər və s. sınaqdan keçirilib.

Bu kapsulun Salman adlı uçuş qurğusu yarım tonluq bioloji kapsulları buraxma qabiliyyətinə malik olan buraxılış qurğularının ilk versiyasıdır. O, hərəkət, aerodinamika və idarəetmə sahəsində çoxsaylı və qabaqcıl xüsusiyyətlərə sahib olub, Müdafiə Nazirliyinin Aerokosmik Sənaye Təşkilatı tərəfindən hazırlanıb və tamamilə yerli məhsuldur.

İranın yeni bioloji kapsullarının buraxılmasında yeni texnologiyaların sınaqdan keçirilməsi

Rabitə və İnformasiya Texnologiyları naziri İsa Zarepur verdiyi müsahibədə bildirib: Tezliklə ölkədə bioloji kapsulların yeni nəsillərinin suborbital sınaqlarını həyata keçirəcəyik. Bu hadisə baş verəcək və İnşallah bu, bizi kosmasda yaşamaq məqsədlərimizə yaxınlaşdıracaq.

O, əlavə edib: Bu kapsul təxminən yarım tondur və insanı daşımaq qabiliyyətinə malikdir, amma onun suborbital sınaqları həyata keçirilməkdədir. Diqqət etmək lazımdır ki, insanı kosmosa göndərə bilmə nöqtəsinə yetişməmiz üçün hələ 5-6 ilimiz var. Amma buna da diqqət etmək lazımdır ki, bu sahə əməli olaraq 10 il bağlı qalıb. (Canlı məxluq “meymun”-nun 60-70 km məsafəyə gedib-qayıtdığı təxminən 2012-ci ildən) onu dirçəltməkdəyik.

Rabitə və İnformasiya Texnologiyları naziri canlı məxluqun kosmosa göndərilməsi ilə bağlı verilən suala cavab olaraq deyib: Suborbital sınaqlarda yeni texnologiyalar olan naviqasiya sistemləri, eniş çətiri və istilik qalxanının ilk dəfə olaraq sınaqdan keçirilməsi gözlənilir. İnşallah növbəti addımda kosmosa canlı varlıq və daha sonrakı addımlarda, sonda insan göndərəcəyik.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir