Səyyar tənəffüs ventilyatorunun hazırlanması

Səyyar və asan istifadəyə malik ventilyatorlar İranın elm təməlli şirkətlərinin ən yeni nailiyyətlərindən biridir ki, onun hazırlanmasında müasir turbofan texnologiyasından istifadə olunub.

Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, elm təməlli şirkətlərdən birindəki iranlı texnoloqlar ilk dəfə olaraq asan və coxlu istifadəyə sahib turbofan ventilyatorunu istehsal etməyə nail olublar.

Ventilyatorun vəzifəsi mexaniki-elektron bir təcrübə kimi tənəffüsün inhalyasiya və ekshalasiyasını simulyasiya etməkdir. Bu cihaz reanimasiya şöbəsində yaxud evdə digər tənəffüs xəstəliklərinə düçar olmuş xəstələrin tənəffüs probemlərini yaxşılaşdırmaq yaxud həll etmək üçün istifadə olunur. Bu cihazın əsas vəzifəsi xəstələrin nəfəs almasının və ekshalasiyasını yaxşılaşdırmaqdır.

Bu şirkətin icraçı direktoru Həqiqətbin bu model ventilyatorun hazırlanması üçün şirkətin yeni texnologiyasına işarə edərək deyib: “Bundan əvvəl də ölkədə müxtəlif növ ventilyator istehsal olunurdu, amma köhnə texnologiyadan istifadə olunurdu. Şirkətimiz daha yeni texnologiyadan istifadə etməklə, ventilyatorların çəkisini 80 kq-dan 5 kq-a endirib. Keçmişdə ICU üçün bir növ, təcili yardım maşını üçün başqa bir növ ventilyatordan istifadə olunurdu. Amma bizim şirkətin istehsal etdiyi ventilyator tibb mərkəzlərinə, xəstəxanalara və s. kimi yerlərə çoxlu istifadə imkanları verir.”

O, sözlərinə əlavə edib: “Bəhsa 100 ventilyator cihazı turbofan texnologiyasından bəhrələnən, kompressor və ya oksigen kapsuluna ehtiyacı olmayan yerli dizayna və istehsala sahib ilk reanimasiya ventilyatorudur. Bu ventilyatorun güclü turbin xüsusiyyətlərindən, təxminən 10 min iş saatı, aşağı enerji istehlsakı və iş zamanı az səsli olmasına işarə etmək olar.”

Həqiqətbin sözlərinin davamında bu cihazın dünyada bir neçə nümunəsinin olmasını bildirərək deyib: “Bundan əvvəl bu cihazın oxşarı ölkəyə idxal olunmayıb. Bir neçə xüsusi modellər vardı ki, bütün bu imkanlara malik deyildilər.”

O, bu məhsulun daxili bazardakı vəziyyəti barədə deyib: “Xoşbəxtlikdən indiyədək bu cihazdan təxminən 140-nı daxili bazarda sata bilmişik. Daxili və xarici nümunələri ilə müqayisədə münasib qiymətini və onlara nisbətdə daha çox üstünlüklərinin olmasını nəzərə alaraq, ölkənin tibbi avadanlıqlar bazarının daha çox hissəsini ələ ala biləcəyimizə ümid edirik.”

Şirkətin icraçı direktoru Bəhsa 100 ventilyatorunun ixracı barədə deyib: “Biz hal-hazırda bu məhsulun Suriyaya ixrac olunmasının ilkin işlərini hazırlamaq üçün danışıqlar aparırıq. Bizim məhsulun qiymətinin xarici nümunəsinin qiymətinin üçdə birinə bərabər olmasını nəzərə alaraq, dünya bazarında da mühüm rol oynaya bilərik.”

Bu elm təməlli şirkət müasir, səmərəli və çevik cihazların dizayn ideası ilə tibbi avadanlıqların, xüsusən də tənəffüsə kömək edən aparatlar dəstinin dizayn və istehsalında müxtəlif mütəxəssislərdən yararlanaraq 2019-cu ildə rəsmi şəkildə fəaliyyətə başlayıb. Şirkət bu illər ərzində beynəlxalq sertifkatları, dizayn və istehsal sertifkatı və Tibbi Cihazlar Baş İdarəsindən reanimasiya ventilyatoru cihazının istehsalında müstəqil istehsal lisenziyasını əldə etməyə nail olub. Bu şirkət məqsədləri və öhdəlikləri çərçivəsində ölkənin möhtac olduğu biliyə əsaslanan müxtəlif növ cihazların istehsalındakı fəaliyyətini davam edəcək.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir