Şərif Sənaye Universitetinin araşdırmaçıları havadan tozlandırma modulunu (tozlandırma dronu) dizayn edərək hazırlmağa nail olublar. Bu dronun istehsal texnologiyası indiyədək, yalnız Amerikanın ixtiyarında olub və İran bu cihazı təqdim edən ikinci ölkədir.
Xarici KİV-in verdiyi məlumata görə, Şərif Sənaye Universitetinin bir qrup tədqiqatçısı havadan tozlandırma modulunu (tozlandırma dronu) dizayn edərək hazırlmağa nail olub. Müxtəlif növ İran və xarici dronların üzərinə quraşdırılma qabiliyyətinə malik olan bu modul tamamilə ağıllı şəkildə müxtəlif bağları ləkəli və davamlı olaraq tozlandıra bilir.
Elm təməlli Şərif Robotik Kənd Təsərrüfatı Şirkətinin baş direktoru Əmin Təlayizadə bu barədə deyib: Havadan tozlandırma modulunu (tozlandırma dronu) ilk dəfə olaraq ölkədə təqdim edilib və onun işinin əsası toz çiləmə formasındadır.
O, əlavə edib: Bu modul indiyədək iki növ dronun DJI T16 və Sərif Agrobot S20 dronlarının üzərində sınaqdan keçirilib. Bu modulun ən mühüm xüsusiyyətlərindən biri budur ki, o, müstəqil şəkildə və heç bir naqil qoşulmadan özünəməxsus batareya və sensorla işləyə bilir. Dron istifadəçisinin onu asanlıqla işlətməsi üçün çiləyici dronun çənini götürüb, onun yerinə tozlandırıcı modulu quraşdırması kifayətdir.
Təlayizadə sözlərinin davamında bu cihazın xüsusiyyətlərinə toxunaraq deyib: Yüksək sürətlə tozlandırma (saatda 15 hektar), ləkəli və davamlı tozlandırma, toz səpmə mexanizmi əsasında tozlandırma, tozlandırıcı dronun digər xüsusiyyətlərindəndir.
O, həmçinin deyib: Tozlandırma bir çox ağacların yetişdirilməsində ən vacib mərhələrdən biridir. Bəzi bağlarda süni tozlandırma həyata keçirildiyi təqdirdə götürülən məhsulun miqdarı əhəmiyyətli dərəcədə artır. Bu modulun xurma, qoz, kivi, badam, alma, armud və digər bağlar üçün istifadəsi tövsiyə olunur.
Şirkətin baş direktoru xatırladıb: Hal-hazırda bu dronun istehsal texnologiyası, yalnız Amerikanın istiyarında idi və İran bu texnologiyanı təqdim edən ikinci ölkə olaraq bu məhsulu təklif etməkdədir. Təbii ki, bu şirkət tərəfindən təqdim olunan modul ABŞ nümunəsi ilə müqayisədə daha çox texnologiya və intellektə malikdir.
Elm təməlli Şərif Agrobot Şirkəti kənd təsərrüfatı dronlarının istehsalı və xidmətləri sahəsində fəaliyyət göstərən ixtisaslaşmış kənd təsərrüfatı robotexnika mərkəzidir. Maraqlananlar əlavə məlumat əldə etmək üçün sharifagrobot.com saytına müraciət edə bilərlər.