Şərif Sənaye Universitetinin tədqiqatçıları tərəfindən iybilmə cihazının hazırlanması

Şərif Sənaye Universitetinin tədqiqatçıları Prezident yanında Elm və Texnologiya müavinliyinin Koqnitiv Elmlərin və Texnologiyaların İnkişafı Mərkəzinin dəstəyi ilə tədqiqat layihəsini həyata keçirərək iybilmə cihazı hazırlmağa nail olublar. Bu cihaz xəstələrin qoxu hissinin yoxlanılması sahəsində istifadə olunur.

Prezident yanında Elm və Texnologiya müavinliyinə istinadən verilən məlumata görə, artıq xəstələrin iybilmə hissinin İran istehsalı olan cihaz ilə yoxlanılması üçün Şərif Sənaye Universitetində iybilmə cihazı dizayn olunaraq istehsal edilib. Bu cihaz beyin siqnallarını və beyinin iybilmə hadisələrinə olan reaksiyasını qeydə alıb emal etməyə imkan yaradır.

İybilmə cihazı müxtəlif qoxulara şamil olan bir sıra qoxu stimullarını proqramlaşdırılmış şəkildə yoxlanılan şəxsə təqdim edir. Beyinin belə bir stimula olan reaksiyasının araşdırılması beyinin quruluşunu və fəaliyyətini öyrənməkdə təqdiqatçılara kömək edə bilər.

Beyin görüntüləmə sistemi ilə yanaşı iybilmə cihazının istifadə edilməsi mütəxəssislərə, yoxlanılan şəxslə danışıq aparmağa ehtiyac olmadan onun beyinində iybilmə hissinin dərk olunma və qeydə alınma keyfiyyətini ölçməyə imkan yaradır.

Beyinin qoxu stimullarına reakiyasındakı performansının uğursuzluğu bəzi beyin və sinir xəstəliklərinin müəyyən olunması üçün münasib göstərici sayılır. Bu cihazdan istifadə etmək beyin siqnallarını və beyinin potensial olaraq iybilmə hasdisələri ilə bağlı reaksiyasını qeydə alıb emal etməyə imkan yaradır. Həmçinin iybilmə cihazı hər bir qoxu stimulunun dəqiq təqdim olunma zamanını beyindən əldə olunan məlumatlar sisteminə ötürür.

Koqnitiv elmlər sahəsində istifadə edilən bu cihaz 6 ədəd qoxu qabı, temperatur, təzyiq və rütubət sensoru, nəfəs alma sensoruna dəstək, iybilmə stimullarının müddətinə və ardıcıllığına nəzarət, daxil olan hava cərəyanının tənzimlənməsi və iybilmə stimullarının konsentrasiyasına malikdir.

Daşınma qabiliyyətli və beyin görüntüləmə üsulları ilə uyğunlaşan bu cihaz beyin siqnallarını qeydə almağa ehtiyac olmadan müxtəlif növ davranış və ya interaktiv qoxu təcrübələrini həyata keçirmək üçün istifadə olunur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir