Sərbəst güləş üzrə dünya çempionatı\ İran Amerikadan sonra ikinci yerdə

İranın sərbəst güləş üzrə komandası reytinq cədvəlində ikinci yerdədir.

Xarici KİV-in verdiyi məlumata əsasən, sərbəst güləş üzrə dünya çempionatı yarışları bu gecə 65 kq və 97 kq çəki dərəcələrində final və təsnifatla başa çatacaq.

İranın idman komandası indiyədək  Əmir Hüseyn Zare tərəfindən 1 qızıl, Həsən Yəzdani və Əmir Məhəmməd Yəzdani tərəfindən 2 gümüş və Məhəmməd Noxudi tərəfindən 1 bürünc medal əldə edib.

Bu gecə 65 kq çəkidə Rəhman Əmuzad bürünc medal əldə etmək üçün döşək üzərinə çıxacaq.

Reytinq cədvəlində indiyədək ABŞ 125 xalla birincidir. İran 94 və Qazaxıstan 70 xalla ikinci və üçüncü yerdədirlər. Gürcüstan da 65 xalla dördüncü yerdə dayanır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir