Asiya Çempionatının böyüklər arasında keçirilən sərbəst güləş yarışlarının 33-cü mərhələsi, 9 və 10 Aprel tarixində Qazaxıstanın Astana şəhərində keçirilib. İlk 5 çəkidə yer alan İran güləşçiləri qrup mərhələsində rəqibləri ilə üz-üzə gəliblər. İranlı güləşçilərdən 4-ü yarım-finala çıxıb və bir güləşçi yarışlardan kənarlaşdırılıb.
Yarım-final mərhələsində də yalnız, bir İran güləşçisi finala yüksələ bilib. Digər 3 idmançı isə yarışların təsnifat mərhələsinə yollanıb.
65 kq çəkidə yarışan Rəhman Əmuzad birinci mərhələdə istirahətdən sonra 4\1 final mərhələsində Qazaxıstandan olan Səncər Muxtarı 6-0 hesabı ilə məğlub edib və yarım-finala çıxıb. O, bu mərhələdə 2-1 hesabıyla yaponiyalı rəqibi Ryoma Anrakyunun öhdəsindən gələrək qələbə qazanıb və final görüşünə vəsiqə əldə edib.
Əmuzad son görüşdə Monqolustandan olan dünya bürüncünə sahib Tolqa Tümör Ochirlə qarşılaşıb və 3-1 hesabıyla üstünlük əldə etməyi bacararaq çempion olub.