Sənaye kəmərlərinin elm təməlli şirkət tərəfindən lokallaşması

Sənaye kəmərləri, gücü, cihazın bir hissəsindən başqa bir hissəsinə ötürür. Bu təchizatlar elm təməlli bir şirkət tərəfindən lokallaşıb.

Asya Şahab Kəmər Şirkətinin idarə heyətinin üzvü Davud Rzavənd, istifadə olunan ən əsas kəmərlərdən birinin kəpənək kəmər olduğuna işarə edərək deyib: V formalı kəmərlər güc ya qüvvəni ötürmək üçün istifadə olunan kəmərlərdəndir. Bu avadanlığı lokallaşdırmaqla ölkənin bu məhsula olan ehtiyacını təmin etməyə çalışmışıq.

Kəmər vasitəsilə gücün ötürülməsi

Əslində, sənaye kəmərlərinin funksiyası, mühərrik gücünün bir kasnakla digər bir hissəyə ötürməkdir. V formalı kəmərlər ağır və yüngül sənayelərin çoxunda işlədilir. V formalı kəmərlərin materialı, rezin və sapdan olub, onun en kəsiyi trapezoidaldır.

Örtüklü sadə V formalı kəmərlər ucuz və əlçatan olduğundan kənd təsərrüfatı maşınlarında istifadə olunur.

Adətən V formalı kəmərlər istilik, yağ və statik elektrik qarşısında dözümlü olub, kiçik kaynakların ətrafında yerləşmə qabiliyyətinə malikdir ki, bu da kəmərin foleyi yaxşı tutmasına səbəb olur. Həm də daha çox yapışqanlıdır.

Dişli V formalı kəmərlər elastik, uzun ömürlü və az hərəkətlidir. Kəmərdə gücün və onun hər yerində vahid çəkmə qüvvəsinin artmasına görə onlar bir birinə birləşir.

İdarə heyətinin üzvü deyib: Ölkə daxilində kəmərlərin istehsal olunması ölkənin ehtiyacının az xərclərlə aradan qalxmasına səbəb olub və digər tərəfdən də gözə çarpacaq dərəcədə valyuta qənaəti hasil olub. Sənaye kəmərlərinin ölkə daxilində istehsalı onlarla iş fürsətinin yaranması ilə nəticələnib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir