Müdafiə Nazirliyinin Sənaye Tədqiqatları müavini deyib: “Şəhid Hacı Qasim Süleymani” balistik raketi müdafiə sənayesi həftəsində SEPAH-a təhvil veriləcək.
Əfşin Nadiri Şərif Əbu Mehdi raketinin Ordunun Dəniz Qüvvələri və İslam İnqilabı Keşikçilər Korpusuna qoşulma mərasimində deyib: Süni intellektin müxtəlif səviyyələri var. Onların ən aşağı səviyyəsi görmədir. Həm axtarış edən, həm də kamerası olan ağıllı bombalar süni intellektin ən aşağı səviyyəsidir.
Müdafiə Nazirliyinin Sənaye Tədqiqatları müavini əlavə olaraq deyib: Süni intellektdən istifadənin görmə, dərk etmə, yaddaş kimi müxtəlif səviyyələri var. Onun sonuncu səviyyəsi muxtariyyətdir. Yəni, bir silah sistemi özü görə, qərara gələ, hərəkət edə bilər və daha sonra ətraf mühitdə öyrənə bilər.
O, deyib: Süni intellektdən danışdığımız zaman, onun hansı səviyyəsindən danışdığımızı aydınlaşdırmalıyıq. Görmə səviyyəsindən öyrənmə və muxtariyyət səviyyəsinə qədər olan səviyyələr süni intellektə şamil olur. Silah sistemlərinin hər birində bu səviyyələr fərqlidir. Süni intellektin bir tərifi yoxdur ki, bu silah sisteminin süni intellektlə işlədiyini deyə bilək.
Nadiri Şərif deyib: Hər bir silah sisteminə və yerinə yetirmək istədiyi hər bir əməliyyata bağlı süni intellektin səviyyəsi və ondan gözlədiyimiz imkan fərqlidir.
Müdafiə nazirinin müavini qanadlı raketin hədəfdən yanınmasını bir xüsusiyyət sayaraq deyib: Dünyanın hər yerində qanadlı raketlərin iki xüsusiyyəti var; birincisi, aşağı səviyyədə uçmaq və ikincisi, manevr qabiliyyəti. Raketin hündürlüyü azalanda radar onu tapa bilmir və aşağı hündürlükdə uçmaqla havadan müdafiə sisteminin reaksiya müddəti azalır.
O, Əbu Mehdi raketinin hədəfdən yayınma gücünə işarə edərək deyib: Hər bir strateji hədəfin ətrafında havadan müdafiə sistemi var. Adətən, havadan müdafiə sisteminin quraşdırılmasında bir istiqamətdən daha çox təhdidin daxil olması nəzərə alınır. Bu da bizə imkan verir ki, raket etdiyi manevrlə onların fikirləşmədiyi yerdən hədəfə hücum etsin yaxud düşmənin havadan müdafiə sistemi radarlarının əhatə dairəsindən xaric olan mühitdə hərəkət etsin, yəni düşmənin havadan müdafiə sisteminin görmədiyi yerdən hərəkət etməklə özünü hədəfə çatdırsın.
Nadiri Şərif bu raketin yerüstü hücum raketi kimi istifadəsinin mümkün olması barədə verilən sualın cavabında deyib: Bu raketin axtarış sistemində dəyişiklik etməklə və nəzarət sistemində kiçik dəyişiklk aparmaqla, ondan yerüstü hücum raketi kimi istifadə etmək olar. Əslində, bu platformanın müxtəlif tətbiqlər üzərində inkişaf etmə qabiliyyəti var.
O, sözlərinin davamında deyib: Əbu Mehdi raketindən yalnız dənizdəki hədəflər üçün istifadə olunmur. Qanadlı Əbu Mehdi raketi düşməni sahillərimizdən uzaqlaşdırmağa ehtiyacımız olduğundan dizayn olunub. Bu platforma üzərində cüzi dəyişiklik etməklə, ondan yerüstü hücum raketi kimi istifadə etmək olar.
O, həmçinin Müdafiə Nazirliyinin balistik raketlər sahəsindəki proqramı barəsində deyib: Bu sahədə də yaxşı proqramlar nəzərədə tutulub. İnşallah, müdafiə sənayesi həftəsində “Şəhid Hacı Qasim Süleymani” balistik raketi SEPAH-ın Aerokosmik Qüvvələrinə təhvil veriləcək.