Şəhid Aslaninin dəfn mərasimində çox sayda insan iştirak edib – Video

İmam Rza (ə) hərəmində baş vermiş terror hadisəsi şəhidinin dəfn mərasimi Məşhədin Şuhəda meydanından İmam Rza (ə) hərəmi istiqamətində xalqın və rəsmilərin iştirakı ilə keçirilib.
Mərasimdə Xorasan valisi Yaqub Əli Nəzəri, Məşhədin imam cüməsi Ayətullah Seyid Əhməd Ələmul-Huda, bir qrup hərəm xadimləri və digər əyalət rəsmiləri də iştirak ediblər.
Mərasimin başlanğıcında iştirakçıların səsləndirdiyi şüarlar belə idi: “Hüseyn, Hüseyn şüarımız, şəhidlik iftixarımız”, “Ləbeykə ya İmam Rza (ə)!”…
Şuhəda meydanından müqəddəs Rəzəvi hərəminə gedən yolda həmçinin, “Amerikaya ölüm!”, “Ali-Səuda ölüm!” şüarları da səsləndirilib.
Şuhəda meydanından İmam Rza (ə) hərəminə gedən yolda olan mağazaların əksəriyyəti bu müddət ərzində Şəhid Aslaniyə ehtiram əlaməti olaraq bağlanıb.
Şəhid Höccətül-İslam Aslaninin cənazəsi müqəddəs ziyarətgaha daxil olmamışdan əvvəl Rəzəvi hərəminin xadimləri tərəfindən dualar oxunduqdan sonra, “Peyğəmbər (s)” həyətinə aparılıb.
Ali Məqamlı Rəhbərin Xorasan vilayəti üzrə nümayəndəsi tərəfindən namaz qılındıqdan sonra, şəhid Aslaninin cənazəsi Rəzəvi ziyarətgahının Aşura hadisəsi şəhidlərinin dəfn olunduğu yerə aparılıb.
Ölkənin şərq sərhədlərindən qeyri-qanuni yollarla İrana daxil olan təkfirçi Əbdüllətif Muradi adlı 21 yaşlı terrorçu aprelin 7-də İmam Rza (ə) hərəminin Peyğəmbər (s) həyətində bıçaqla üç din xadiminə hücum edib və onlara xəsarət yetirib.
Bu terror aktından sonra bu din xadimlərindən Höccətül-İslam Məhəmməd Aslani aldığı xəsarətdən şəhid olub, digər iki din xadimi isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hədəfə alınan hər üç din xadimi Məşhədin müxtəlif yerlərində yaşayan mücahid və mədəni-ictimai fəallardır.
Daxili işlər naziri Əhməd Vəhidi bu gün, cümə axşamı jurnalistlərə İmam Rza (ə) hərəmində baş vermiş son terror aktı və iki tələbənin yaralanması və Höccətül-İslam Aslaninin şəhadəti ilə bağlı deyib:
“Bu, mücahid, zəhmətkeş və xalqa xidmət edən üç nəfərə qarşı həyata keçirilən terror əməliyyatı idi və biz bu hərəkəti qətiyyətlə pisləyirik.”
Əhməd Vəhidi ruhanilərin şəhadəti ilə bağlı onların yaxınlarına başsağlığı diləyib.
Bu acı hadisə düşmənin riyakarlığı təbliğ etməkdən əl çəkmədiyini və terrorun istismarçı dünyagörüşündən qaynaqlandığını göstərir.
Hegemon dövlətlər İŞİD və digər terror qruplaşmalarını yaradıblar və bu gün həmin cərəyan nümayəndələri ən müqəddəs yerlərdə çəkinmədən cinayət törədirlər.
Daxili İşlər naziri bu cür terrorçu cərəyanın Qərb dövlətləri tərəfindən yaradıldığını və təkfirçi ideyaları təbliğ etdiyini və bu cinayəti törədənlərə şübhəsiz ki, cəza veriləcəyini bildirib:
“Bu onu göstərir ki, din xadimləri həmişə düşmənin hədəfində olduğu kimi, xalqa xidmətdə də ön sırada olublar. Ruhanilər hələ də səhnədə güclüdür və biz fəxr edirik ki, bu mücahidlər ölkəmizdə çox fəaldırlar.”
Vəhidi əlavə edib:
“Düşmən dost xalqlar arasında dini-etnik fərqlərdən istifadə etməyə çalışır, lakin məqsədinə nail ola bilməyəcək.
Əfqanıstanın nümunəvi gəncləri təkfirçi cərəyanlar qarşısında dayanaraq həyatlarını itirmişlər və əfqan xalqı ABŞ-ı öz ölkəsindən zillətlə qovmuşdur və bu son hərəkət əfqan xalqının mövqeyini ləkələmir…”
Vəhidi deyib:
“İran və Əfqanıstan ortaq bir kökə və sivilizasiya tarixinə malik olan bir xalqdır və Əfqanıstan xalqı arasında İranofobiya və İran xalqı arasında əfqanofobiya yaratmağa cəhd edən düşmənlər uğur qazana bilməyəcəklər.”
Bu terror hərəkatını pisləyən Daxili İşlər naziri deyib: “Məşhəd hadisəsində işitirak edən bütün cərəyanlar tezliklə müəyyən ediləcək.”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir