Şəhər su təchizatında su təchizatı şəbəkəsinin boru xətlərinin genişliyinə, su təmizləyici qurğuların və istehlakçıların hündürlük fərqinə görə suyun təzyiqi artırılır. Amma bir tərəfdən də bu təzyiqin artırılması boru xətlərinin zədənlənməsi və sıradan çıxması ilə nəticənir. Buna görə də su istehlak yerlərinin yaxınlığında su təzyiqini azaltmaq üçün təzyiq reylef klapanlarından istifadə edilir.
Şəhər su xətlərində hündürlük fərqindən və borularda mövcud olan təzyiqdən enerji istehsalı sahəsində bəhrələnmək üçün fürsətlər var. Keçən suyun təzyiqinin azaldılmasını, enerji istehsalı üçün yenilənən resurs kimi nəzərə almaq olar. Bu, Xarəzmi fevtivalında seçilmiş layihələrdən birində izlənilən ideadır.
İnnovativ idea dizaynı odur ki, təzyiqi azaltmaq üçün yüksək təzyiqli su, kiçik turbinlərə yönəldilir. Bu texnologiyada təzyiq reylef klapanı əvəzinə turbin istifadəsi, aşağı səviyyədə təzyiqin azaldılmasını sabit saxlamaqla yanaşı suyun hidrodinamik enerjisindən elektrik enerjisi də istehsal olunur.
Bu təzyiq kəsici sistem, su təchizatı şəbəkəsini daha ağıllı, daha davamlı və daha çevik edir. Bu sistem, çıxan təzyiqin davamlı tənzimlənməsini təmin edir və paylama sistemində həddən artıq təzyiqdən yaranar su sızmasının azalmasına kömək edir. Bu sistemdən Tehranda su paylama şəbəkələrinin bəzilərində də istifadə olunub.
Elektrik enerjisi istehsalına malik təzyiq reylef sisteminin hazırlanması və istismara verilməsi layihəsi, Xarəzmi İnnovasiya və Texnologiya Festivalının ilk dövrəsində, ixtisaslaşmış mexanika mühəndisliyi qrupunda 3-cü yerə layiq görülüb.
Bu layihənin icraçısı, Tehran Universitetinin elmi heyətinin və tərəfdaş qrumlarının üzvü olan Müctəba Təhani, Tehran Universiteti, Tehran vilayətinin Su və Kanalizasiya şirkəti, Yaradıcı Ağıllı Enerji Dizaynerlərinin Elm Təməlli Şirkətdir.
Təzyiq kəsici texnologiyası, İrandan əvvəl yalnız 4 ölkədə İngiltərə, ABŞ, Norveç və Avstriyada var idi.