Rusiyatoday İran İslam Respublikasının Hərbi Müdafiə Sənayesindəki müvəffəqiyyəti barədə ekspertlərin rəyini və Amerikanın İran istehslı olan yeni nəsil pilotsuz aparatlarının Rusiyaya təqdim olunması ehtimalından qaynaqlanan nigarançılıqları təhlil edib.
Fars Xəbər Agentliyinin məlumatına əsasən, Russiatoday rəsmi Vaşinqtonun gərgin Ukrayna müharibəsində modern texnika təminatı zəminində Rusiyanın İranla əməkdaşlığını əlaqələndirmə iddiasını təhlil edib. Belə ki, bu kanal “Nə üçün ABŞ İran PUA-larının qüdrətindən nigarandır” haqda analitik proqramı ilə gündəmə gəlib.
Rusiyanın məşhur kanalının bu proqramında deyilənlərə görə Vaşinqton hətta rəsmi Moskvanın Ukraynaya hərbi hücumundan əvvəl də İranın pilotsuzlarından ehtiyatlılıq hissini gizlədə bilmirdi. Elə bu səbəbdən də ötən ilin noyabrında İranın bəzi özəl sektorda çalışan bir neçə şirkətini hücumçu və kəşfiyyatçı PUA istehsalında əməkdaşlıq iddiası ilə sanksiyalar siyahısına da salmaq barədə qərar qəbul etmişdi. Hətta ABŞ Xəzinə Nazirliyi “İran PUA-ları beynəlxalq təhlükəsizlik və sülhü təhdid edir” deyə israr belə etmişdi.
Rusiyanın İHA mütəxəssisi Denis Fedutinov Russiatoday-ə verdiyi müsahibədə deyib: İran dronlarını araşdırmağın əhəmiyyəti var. Bu ölkə 1980-ci ildən dron düzəldir. Hal-hazırda miniatür dronlardan tutmuş qısa-uzun məsafəli və orta hündürlük səthində istifadə oluna biləcək bir neçə dron sistemlərinə sahibdir.
Rusiya telekanalının iddiasına görə “İran dronları Amerika modellərindən ilhamlanıb. Məsələn “Qüds Yasir” modeli İranın 2012-ci ildə əldə etdiyi ABŞ-ın “Scan Eagle” modeli üzərindən düzəldilib. “Simruq”, “Şahid 171” və “Saiqə-2” dronlarının İranın 2011-ci ildə ABŞ-ın hava sərhədini pozarkən vurulan “RQ-170 Sentinel”ə oxşarlığı çoxdur.
Bu məlumatda daha sonra deyilir: “Şahid-129” hücumçu dronu Zahiri cəhətdən Amerikanın “MQ-1Predator” modelinə bənzəyir və bu iki modelin hər ikisi də 2014-cü il Suriya müharibəsində aktiv modellər sırasındadırlar.
Fedutinovun sözlərinə görə İran heç də dron istehsalı sahəsindəki təcrübələrini paylaşmağa meylli deyil və bu ölkəyə sərf edən məlumatları paylaşmağa cəhd göstərir. Amma şübhəsiz ki, İranın pilotsuz istehsalındakı üstün nailiyyətləri danılmazdır.
Nə üçün Rusiyanın İran PUA-larına ehtiyacı var?
Bu məlumata əsasən, rəsmi Kremlin uzun zamandır ki, PUA sistemlərini genişləndirməyə çalışır. Rusiya baş nazirinin müdafiə sənayesi kompleksi məsələləri üzrə müavini Yuri Borisov ötən ay demişdi ki, təqribən kəşfiyyat, hücumçu, taktiki, əməliyyat və taktiki-əməliyyat növləri daxil olmaqla bütün hərbi pilotsuz sistemlərini əldə edib. Eyni zamanda o, “Rusiya bundan da tez dronların üstünlüklərini tanımalı idi” məsələsini də inkar belə etməyib.
Kurrator Borisov “Russiatoday”in “pilotsuz çatışmazlığı” barədə sualının cavabında isə “istehsal çoxalacaq, amma bu bir az zaman tələb edir” deyə cavab verib.
Russiatoday yazır: İHA mütəxəssisi Fedutinov belə bir faktı da əlavə edib: Müqavilə imzalandığı təqdirdə Moskvanın ağır və hücumçu pilosuz tiplərinə olan marağı da nəzərdə tutulacaq. Bu tipdən olan dronlar Rusiya ordusunun ixtiyarında olardısa, şübhəsiz ki, mən (Ukraynada) bu sistemdən istifadə üçün maneələrin olduğunu görməzdim. Çünki dronların daha çox dəqiqliyini nəzərə alaraq mülki şəxslərin tələfatını azaltmaq daha yaxşı versiyadır.
Fedutinov bu müsahibədə İran PUA-larının Ukrayna üçün faydalı ola biləcəyinə də şübhə ilə yanaşaraq əlavə edib: Heç bir silah müharibə gedişatını dəyişməyə qadir deyil. Əlbəttə, atom silahlarını istisna etmək şərtilə. Amma Ukrayna münaqişəsinin şiddətlənməsinin nüvə müharibəsinə çevrilmə imkanı yoxdur. Təbiidir ki, dronlar özü-özlüyündə bir silah hesab olunmur və sadəcə bir hərbi vasitədir.
İran Rusiyanın PUA tələbatını ödəyə bilərmi?
“İranın eksport üçün PUA istehsal etmə gücü varmı?” sualına Denis Fedutinov belə cavab verib: Məncə İran şirkətləri yüksək həcmdə dron istehsalına başlayıblar. Hətta xüsusi müştərilərə pilotsuzların satışı belə həyata keçdiyini düşünürəm.
TASS Agentliyinin hərbi şəhrçisi Viktor Litovkin də Fedutinovla eyni fikirdə olduğunu qeyd edərək deyib: İran yüksək həcmdə dron istehsal edib və hal-hazırda anbarlarda saxlanılır. İran müharibə istəmir. Ona görə də bu sistemlərə ehtiyacı yoxdur. Amma Rusiya bu dronlarda Ukraynada istifadə edə bilər. Elə bu səbəbdən də biz İrandan müxtəlif tipli dron almamız təəccüblü bir iş deyil.
Rusiya Elmlər Akademiyasının şərqşünası və İran məsələləri üzrə mütəxəssisi Vladimir Sajin yuxarıdakı fikirlərlə razı olmadığını bəyan edərək deyib: Regionda İranın düşməni çoxdur… Hətta Orta Şərq NATO-su yaratmaq məsələsi belə təklif olunub. Bütün bu məsələlər İranı təzyiq altında saxlayır. Ona görə də mən İranın digər ölkələrə dron satmaqla özünə təhlükə yarada biləcəyini düşünmürəm.
Sajid daha sonra deyib: Rusiyanın Ukraynaya hücum başlanğıcı olan 24 fevraldan əvvəl pilotsuz uçuş aparatlarının alqı-satqısı barədə bir proqramın olduğunu belə sanmıram. Bəlkə bu fikir hücumdan sonra formalaşıb. Amma yenə də bu məsələnin baş tutacağına şübhəm var.
Sajin həmçinin yuxarıdakı fikirlərdə siyasi müdaxilələrin də olduğuna inandığını vurğulayaraq deyib: İran Rusiya-Ukrayna münaqişəsində neytral mövqe daşıyır və tezliklə atəşkəs yaranmasını ən yaxşı versiya hesab edir.
Sajin eləcə də rəsmi Moskva və Tehranın pərdəarxası sövdələşməsinin də imkansız olduğuna işarə edərək deyib: İndiki dövrdə belə bir sövdələşmə sadəcə bir neçə saat gizli qala bilər. Hətta İran gizlincə belə Rusiyaya dron satmış olarsa, müharibə zonasında istifadədən sonra həqiqət aşara çıxacaq.
Vaşinqton İranla Rusiyanın PUA sövdələşməsini iddia edir
Amerika Birlәşmiş Ştatları prezidentinin milli tәhlükәsizlik mәsәlәlәri üzrә müşaviri Ceyk Sullivan iyulun 11-də İranın Rusiyaya yüzlərlə PUA təhvil verəcəyi barədə iddia ilə çıxış etmişdi. O, Vaşinqtonda keçirdiyi mətbuat konfransında demişdi ki, əldə etdiyimiz məlumata görə İran özünü çox yaxın zamanlarda Rusiyaya yüzlərlə silahdaşıyan müxtəlif tipli PUA-lar verməyə hazırlayır.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin ciddi reaksiyasına səbəb olan bu iddiaya cavab olaraq XİN sözçüsü Nasir Kənani deyib: İranın Rusiya Federasiyası ilə ilə modern hərbi texnika sahəsindəki əməkdaşlığı Ukrayna ilə müharibədən öncə başlayıb və baş verən hadisələrdən sonra bu zəmində heç bir dəyişiklik yoxdur.