Rusiya Müftilər Şurası: “Süleymani yalnız İranın deyil, bütün İslam dünyasının qəhrəmanıdır”

“General Süleymani İŞİD terror təşkilatı qarşı apardığı mübarizəsi ilə bütün dünyada geniş şöhrət qazanıb”.

İranlı şəhid general Qasim Süleymani yalnız İrana məxsus fiqur deyil, o, həm də bütün İslam dünyasının qəhrəmanıdır.

İslamazeri.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Asiya Hissəsinin Müsəlmanlarının Dini İdarəsinin Baş müftisi, Rusiya Müftilər Şurasının həmsədri Nəfiqulla Aşirov bəyan edib.

O deyib ki, general Süleymani İŞİD terror təşkilatı qarşı apardığı mübarizəsi ilə bütün dünyada geniş şöhrət qazanıb.

Aşirov əlavə edib ki, təkcə İran yox, həm də bütün müsəlman aləmi Süleymani ilə fəxr edir.

Onun sözlərinə görə, ABŞ Süleymani və Həşdi Şabinin komandan müavini Əbu Mehdi əl-Mühəndisi şəhid etməklə İslam dünyasına qarşı qeyri-insani cinayət törədib.

Rusiya Müftilər Şurası: “Süleymani yalnız İranın deyil, bütün İslam dünyasının qəhrəmanıdır”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir