Rusiya animasiya sərgisində İranın yaradıcı şirkətlərinin iştirakı

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyi, Moskva “Qlobal Məzmun Bazar Sərgisi”-ndə İran pavilyonunun qurulması və animasiya sahəsində yaradıcı və fəal olan 6 şirkətin bu sərgidə iştirak etməsi ilə bağlı məlumat verib.

Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, Moskva “Qlobal Məzmun Bazar Sərgisi”-ndə (world content market) İran sərgi stendinin qurulması ilə animasiya sahəsində yaradıcı və fəal 6 şirkət, Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Beynəlxalq Elm Əlaqələri Mərkəzinin Beynəlxalq Elm və Texnologiya Əlaqələri Mərkəzinin dəstəyi ilə Moskva sərgisində iştirak ediblər.

Bu tədbirdə şirkətlər, yayımçılar və onlayn ekran platformaları ilə əlaqə qurub danışmaqla yanaşı, birgə layihələr sahəsində istehsalat studiyaları ilə danışıqlar aparmaq üçün fürsət əldə edəcəklər. İran şirkətlərinin Rusiya Qlobal Məzmun Bazar Sərgisində iştitrak etməsinin digər hədəflərindən biri də şirkətlər bazarının inkişafıdır.

Hindistan, Rusiya və Çin kimi ölkələrin şirkətləri ilə birgə iclasların, İran, Hindistan, Rusiya və Çinin animasiya studiyaları arasında birgə istehsal konfransının keçirilməsi və İranla Koreya studiyalarının istehsalına dair birgə konfransın bərpası bu tədbirin digər kənar proqramlarından sayılır.

Həmçinin, sərginin kənarında İran animasiya studiyalarının qabiliyyətlərinin təqdim olunması zəmnində xüsusi konfrans keçiriləcək.

Bu, İranın Moskva tədbiri pavilyonunda ikinci iştirakıdır. Birinci tədbirdə iştirak etmiş bəzi şirkətlər, ikinci tədbirdə yayım şirkətləri ilə müqavilə bağlamağa nail olacaqlar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir