“Radionuklid Sezium 137” nailiyyəti Avqustun 27-i təqdim olunub.
İranın nüvə sənayesinin nüvə alimləri və mütəxəssisləri ilk dəfə olaraq iqtisadi, texnoloji, bilik əsaslı və çoxlu tətbiqlərə sahib olan Sezium 137 radioaktiv nüvəsini laboratoriya miqyasında istehal etməyə, ölkənin sənaye çeşmələrinə olan olan ehtiyacının mühüm bir hissəsini aradan qaldırmağa nail olublar.

Yarı ömrü 30 ilə bərabər olan bu radionuklid təbii olaraq mövcud deyil. O, reaktor fəaliyyətləri nəticəsində və əsasən işlədilmiş nüvə yanacağında, radioaktiv tullantılarda tapılır.
Ölkənin Sezium 137 istehsalına olan ehtiyacını, bu radionuklidin ölkəyə idxalının çətinliyini nəzərə almaqla, bu maddənin uran parçalanlanması məhsullarından ayrılmasına və təmizlənməsinə dair texniki biliyin əldə olunması üçün Nüvə Elmləri və Texnologiyaları Tədqiqat İnstitutunda bir tədqiqat layihəsi başladı və 2023-cü ilin İyul ayında uğurla sona çatdı.
Bu tədqiqat layihəsinin uğurla həyata keçməsi ilə təkcə Sezium 137-nin uran parçalanlanması məhsullarından ayrılması və təmizlənməsi üçün lazım olan texniki bilik ilk dəfə ölkədə lokallaşmadı, həm də bu məqsədlə laboratoriya bölməsi yaradıldı. Yaradılmış laboratoriya bölməsi tibbdə və sənayedə xüsusi tətbiqlərə malik digər radioaktiv nüvələrin parçalanma məhsullarından ayrılmasına dair texniki biliyin əldə olunması üçün istifadə oluna bilər.
Sezium 137 radioaktiv nüvəsi çoxlu tibbi və sənaye tərbiqlərə sahib olub, radiasiya cihazları, braxiterapiya, radioterapiya, kalibrləmə yayları və müxtəlif növ sənaye ölçmə cihazlarında istifadə olunur.
Atom Enerji Təşkilatının rəhbəri Məhəmməd İslami də Xidmət Hekayəsi sərgisinə ziyarəti çərçivəsində verdiyi müsahibədə deyib: Düşmənlərimiz İranın nüvə sənayesinə sahib olmasına qarşı idilər və qarşıdırlar. Amma hər kəs bilsin ki, nüvə sənayesi insanların həyatında birbaşa rol oynayan strateji bir sənayedir. Bizim nüvə yanacağı dövriyyəsi ilə yanaşı, nüvə reaktorlarını dizayn, hazırlanma və qoruma gücümüz var.
O, sözlərinin davamında deyib: Bu gün təqdim olunan nailiyyətlər sənaye cihaz sistemlərində, neft-qaz sahəsində və digər sektorlarda istifadə oluna bilər.
İslami deyib: Mədəniyyət mövzusunda Mədəniyyət Şurası keçmişdən bu təşkilatda fəaliyyət göstərib və müxtəlif istiqamətlərdə mədəni proqramlar həyata keçirib.