Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata əsasən, yaşayış yerlərində, idarələrdə və icarət mərkəzlərində istifadə olunan radiatorlar, yeyilmə və rütubət qarşısında qorunması vacib olan alətlərdən biridir.
Bu istilik sistemləri alüminium, polad, mis və ya çuğun kimi müxtəlif maddələrdən hazırlanır. Onların qorunmasında vacib olan nöqtələrdən biri, radiatorların su və rütubətlə təmasda olması nəticəsində gövdələrinin məhv olması, aşınması müqabilində müqavimətinin artırılmasıdır. Elm Təməlli Taş Radiator Şirkəti bu mühüm problemin aradan qalxması üçün Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin dəstəyilə, radiatorların paslanma və aşınma müqabilindəki müqavimətinin artırılmasına kömək məqsədilə nanomaterial örtüklər istehsal edib.
Bir neçə ildir ki, ərtaf mühit və bədən sağlamlığına görə, fosfat ya xromat örtüklərdən istifadə azalıb və bu sistemlərin istehsalçıları sink oksidi, titan oksidi, vanadium oksidi olan örtüklərdən istifadəyə üstünlük verirlər.
Sink oksidli örtüklərin üstün cəhətlərindən biri, temperaturun artırılmasına ehtiyacın olmaması və örtük prosesində sudan istifadə olunmasıdır. Həmçinin, səthində çox nazik (nanometr ölçülü) qalınlığa malik örtüklərdən istifadə olunması və münasib yapışqanlılıq, daha çox korroziya müqaviməti kimi xüsusiyyətlərin əldə olunması mümkündür. Buna görə də, radiatorların korroziya və paslanması əhəmiyyətli dərəcədə azalır.
Bu radiatorların istehsalında nanomaterialdan istifadə olunması korroziya müqabilində müqavimətin yaradılmasından əlavə, istilik qabiliyyətinin uzunluq vahidi üçün saatda 1800 kkal-dan daha yüksəyə qalxmasına səbəb olub. Həmçinin, nanotexnologiyanın tətbiqi bu polad panel radiatorlarını ekoloji cəhətdən təmiz məhsullara çevirib. Nanotexnologiyanın istifadəsi ağır metalların və çirkab suların turşuluğunun aradan qaldırılmasıyla nəticələnib. Bu da yeraltı su mənbələrinin və su ehtiyatlarının hər növ zərərli təhdidlərdən və çirklənmədən qorunmasına səbəb olacaq.