Radardan qaça bilən “Əbu Mehdi” raketinin nümayiş olunması

İran Müdafiə Nazirliyi “Şəhid Əbu Mehdi əl-Mühəndis” raketinin istehsal xəttini açaraq onu Ordu Donanması və İslam İnqilabı Keşikçilər Korpusuna təhvil verib.

Əbu Mehdi raketi iranlı tədqiqatçılar və istehsalçılar tərəfindən Müdafiə Nazirliyinin Aerokosmik Sənaye Müəssisəsində istehsal edilmiş İranın qanadlı dəniz raketidir. Onun kütləvi istehsalı başlandıqdan sonra Ordu Donanması və İslam İnqilabı Keşikçilər Korpusuna təhvil verilib.

Əbu Mehdi raketi müxtəlif növ hərəkətdə olan və sabit dayışıcılardan atılma qabiliyyətinə, müxtəlif növ üzən obyektləri, o cümlədən döyüş gəmilərini məhv etmə qabiliyyətinə malikdir. Bu raketin istiqamətləndirmə və naviqasiya sistemi uçuş müddətində hədəfin son mövqeyinin yenilənməsi imkanına sahibdir.

Əbu Mehdi raketinin buraxılış sisteminin qısa zamanda hazırlanma və buraxılma qabiliyyəti var. O, bir neçə raketi qısa zaman fasiləsi ilə və müxtəlif istiqamətlərdən müəyyən hədəfə doğru ata bilir ki, bu raketlər eyni zamanda nəzərdə tutulmuş hədəfə dəysinlər. Bundan əlavə, 1000 km məsafədə yüksək dağıdıcı qabiliyyətinə malikdir.

Müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Məhəmməd Rza Aştiyani çərşənbə axşamı günü (25 İyul) Əbu Mehdi raketinin Ordunun Dəniz Qüvvələri və İslam İnqilabı Keşikçilər Korpusuna qoşulma mərasimində deyib: “İran Müdafiə Nazirliyi” ölkənin müdafiə doktrinası, raket və havadan müdafiə qüdrətinin yüksəldilməsi çərçivəsində “Əbu Mehdi” uzaq mənzilli qanadlı raket sistemini Ordu Donanması və İslam İnqilabı Keşikçilər Korpusuna təhvil verib.”

O, əlavə olaraq deyib: Bu sistem xüxusi göstəricilərə malikdir, o cümlədən keçmişlə müqayisədə bizim dənizdəki müdafiə məsafəmizi artıracaq 1000 km uzaqlıq. Bu çox mühümdür.

Əbu Mehdi raketi aşağı məsafədə uçma qabiliyyətinə malik olub, düşmənin elektron müharibəsi ilə mübarizə aparma, radardan qaçma və uçuş yolunun dizayn proqramında istifadə olunan süni intellekt qabiliyətlidir.

Ordu Donanmasının komandiri, general Əlirza Tanqsiri də bu mərasimdə deyib: Bu raketin digər bir gücü düşməni ölkə sahillərindən uzaqlaşdırmasıdır. Bu raket dərindən atılma qabiliyyətinə malik olmasından əlavə, ikiqat axtarışa və elekrton müharibə ilə mübarizə aparma qabiliyyətinə sahibdir. Bu raket amerikalıların əli ilə şəhid edilmiş məzlum şəhidin adını daşıyır və biz bu rarketlə onun intiqamını alacağımıza ümid edirik.

Ordunun Dənzi Qüvvələrinin komandirinin müavini admiral Həmzə Əli Kaviyanı də deyib: Bu raketin İran İslam Respublikasının Ordunun Hərbi Dəniz Qüvvələrinin raketlərinə qoşulması İİR-nın Dəniz Qüvvələrinin çəkindirmə və müdafiə gücünü dərindən tamamlayır.

Qeyd etmək lazımdır ki, İran ötən illər ərzində müdafiə sənayesini gücləndirib və “Əbu Mehdi” raketinin gəlişi İranın dəniz sahəsindəki silah gücünün yüksəldilməsi prosesini sürətləndirəcək. İran Silahlı Qüvvələri öz qüdrətlərinə söykənərək, müdafiə hazırlığının ən yüksək səviyyəsinə çatacaq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir