Son illərdə yayılan korona virus, İranı yeni və ciddi problemlərlə üz-üzə qoydu. Bir tərəfdən tibb sahəsində istifadə olunan texnologiyalara qoyulan sanksiya və digər tərəfdən də korona ilə mübarizə aparmaq üçün avadanlıqların olmaması, bu problemlərə əlavə olundu. Belə bir şəraitdə, elm təməlli şirkətlər mürəkkəb texnologiyaların ölkədə lokallaşması ilə məşğul oldular.
Diqqət mərkəzində olan texnologiyalardan biri tibb avadanlıqları, o cümlədən xəstəxana requlyatorları və oksimetrlər idi. Son illər, müxtəlif İran şirkətləri tədqiqat və inkişaf bölmələrini tibb sənayesində ehtiyac duyulan avadanlıqlar üzərində cəmləyiblər.
“Barmaq pulse oksimetr cihazı”, elm təməlli şirkətlərin gücü ilə lokallaşan avadanlıqlardan bir nümunədir. Bu cihaz, qan analizi götürülmədən qanda mövcud olan oksigenin miqdarını ölçür. Pulse oksimetr, adətən, barmağın üzərinə qoyulur və daha çox reanimasiya şöbələrində, təcili tibbi yardımlarda və ya xəstəxananın digər şöbələrində istifadə olunur. Bu cihaz, korona xəstələri və ya ağciyər xəstəliklərinə düçar olanlar tərəfindən istifadə olunur.
Soda Pəjoh şirkətinin icraçı direktoru Fəraz Məlikniya, deyib: Son bir neçə ildə ölkənin oksimetrə olan ehtiyacını görməklə, bu texnologiyanın lokallaşmasını qərara aldıq və onu ölkədə istehsal etdik. Barmaq pulse oksimetr, çox texniki mürəkkəbliyə malik idi, amma,tədqiqat və inkişaf bölmələrinin köməyi ilə bu cihazı ilk dəfə olaraq ölkədə istehsal etməyi bacardıq.
O, bu cihazın kütləvi istehsalına işarə edərək deyib: Hal-hazırda, pulse oksimetr cihazının texnologiyasının lokallaşması, istehsalını həyata keçirirk və bu zəmində digər şirkətlərlə əməkdaşlıq edirik. Amma bu cihazın kütləvi istehsalı və bazara çıxarılması üçün istehsal, lisensiyanın alınması, qiymətləndirmə, maliyyələşdirmə və s. kimi münasib şəraitin yaradılmasına ehtiyac var.
Məlikniya, bu cihazın kütləvi istehsalında mövcud olan texniki problemlər barəsində deyib: Hal-hazırda, tibbi cihazların plastik örtüklərinin istehsalı üçün qəliblərin olmaması və həmçinin, ölkədə yarımkeçiricilərin istehsal olunmaması, bu cihazın qiymətinin qalxmasına səbəb olur. Bu problemlərin aradan qalxması ilə pulse oksimetrin kütləvi istehsalı üçün addım atmaq olar.