Qanaxmanı tez dayandıran İran məhsulu

Elm təməlli şirkətlərdən birinin mütəxəssisləri qanaxmanın tez və effektiv dayandırılması üçün nanoməhsul hazırlamağa nail olublar.

Bu elm təməlli şirkətin icraçı direktoru yerli qanaxma dayandırıcısı adlı tibb sahəsinin ehtiyaclarından birinin aradan qalxması üçün aparılan səylərə toxunaraq deyib: Qabaqcıl yerli qanaxma dayandırıcıları (Nanohem) qanaxmanın tez və effektiv dayandırılmasını mümkünləşdirən qabaqcıl nanokompozit məhsuldur.

O, elm təməlli hemostaz ya qan dayandırıcısı məhsullarının patentinə işarə edərək deyib: Faraz Accelerator şirkətinin əməkdaşlığı ilə kommersiyalaşma yolunda olan bu məhsul sümük hemostazı, hemostaz sarğı, uducu hemostaz, burun tamponları, diş tamponları, ilkin və ikinci sarğıya şamildir.

O, hemostaz məhsulları sahəsində yeni yanaşma yaratmaq məqsədi ilə Nanohem məhsulunun istehsalı və kommersiyalaşmasına toxunaraq deyib: Bu məshul makrometrik qalınlıqlarda qanaxmanın effektiv dayandırılması qabiliyyətinə malik olmaqla yanaşı, biouyğunluq və münasib qoruma xüsusiyyətlərinə də sahibdir. O, mikrobların daxil olması qarşısında yaranı qorumaq və yara yerini rütubətdən qorumaqla yanaşı, asanlıq və təbiətə zərər verməməklə də sınaqdan keçirilə bilər.

O, Nanohemin ən mühüm xüsusiyyətlərindən birinin yara yerindən sarğının asan şəkildə götürülməsi olduğunu bildirərək deyib: Bu məhsulun hazırlanmasında biotexnologiya və nanotexnologiyadan istifadə olunub. Əslində, bir parça peptid olan əsas sarğı materialının dizaynı biotexnologiya elmindən istifadə olunmaqla həyata keçirilib və nanotexnologiyadan isə peptiddən hazırlanmış nanoliflər hazırlamaq üçün istifadə olunub. Onun iş mexanizmi qan komponentlərinə yapışma xüsusiyyətinə bağlıdır. Belə ki, bu dayandırıcı qan komponentlərini, o cümlədən qırmızı qan hüceyrələrini və trombositləri birləşdirən bir matris yaradır. Bununla da, trombositlərin və digər qan komponentlərinin fəaliyyətinin güclənməsi ilə laxtalanma kaskadı stimullaşır. Nanokompozitin hazırlanmasında peptid liflərindən istifadə yüksək hemostazlı (1 dəqiqədən az bir müddətdə qanaxma miqdarının 91%-ə qədər azalması) və çox münasib biouyğun məhsullların əldə olunmasına səbəb olub.

Bu icraçı direktor bu məhsulun idxal olunan oxşar nümunələri ilə müqayisədə daha ucuz olmasına işarə deərək deyib: Bu məhsul ISO keyfiyyət idarəetmə sertifikatı əldə edib, patentləşdirilib və klinik tədqiqatlardan keçdikdən sonra kommersiya bazarına daxil olma yolundadır.

O, uducu sarğını bu şirkətin digər məhsullarından olduğunu bildirərək deyib: Bu məhsulun əsası pambıq lifləridir. Onların qalınlığı və enliyi yara yatağı, diş tamponu, uyğun üz və çənə əməliyyatları kimi tətbiqlərdən asılı olaraq fərqlidir.

Bu şirkətin digər məhsulu hər iki məhsulun birləşməsi, yəni uducu və qan dayandırıcı sarğı olduğu bidirilib ki, bu da hər iki tətbiqə, yəni ifrazatın udulması və qanın dayanadırılmasına malikdir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir