“Qan xərçəngi”-nin “gen terapiya” üsulu ilə müalicəsində iranlı alimlərin uğuru

  Xarici KİV-in verdiyi məlumata əsasən, iranlı tədqiqatçılar ölkədə ilk dəfə olaraq “gen terapiya” üsulundan istifadə etməklə bir xəstənin qan xərçəginin müalicəsində uğur əldə ediblər.

  “Gen terapiya” üsulu, xərçəng xəstəliyinin müalicəsi üçün dünyada ən yeni üsuldur ki, İran biliyinə əsaslanan bir şirkətin səyləri ilə son mərhələyə çatmışdır. Dünyada yalnız, iki transmilli şirkət bu metodu təklif edir və İranda bu elm, yerli tədqiqatçıların səyləri nəticəsində lokallaşdırılıb.

  Gen terapiyası, insanın hüceyrələrindəki təlimatları aktifləşdirən müalicə üsulu və ya xəstəliyin qarşısını alma üsuludur. Həqiqətdə genlər, bir hüceyrənin həyatının bütün tərəflərinin zahiri ifadəsidirlər. Onlar öz daxillərində hüceyrələrin inkişaf, fəaliyyət və bölünməyə qadir olmaqlarını təmin edən kod saxlayırlar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir