Elm təməlli bir şirkətin tədqiqatçıları maraqlı bir üsulla qan törəmələrindən ilan və xərçəng sancmaları üçün antidot hazırlmağı bacarıblar.
Biotexnologiya dünyası insana məxsus hədəflər üçün istifadə oluna biləcək mexanizmlərlə doludur. Canlı varlıqların heyvan sancmaları və zəhərləri ilə mübarizəsinin necəliyi bu mexanizmlərdəndir. Onu araşdırmaqla antidot dərmanı hazırlamaq olar. Canlı varlıqların bədənində antidot hazırlamaq onların qan plazmalarının vəzifəsidir.
Qan plazması təxminən qanın yarısını təşkil edən açıq sarı rəngli bir mayedir. Bu mühüm komponent infeksiya ilə mübarizə, düzgün qan pH səviyyəsinin saxlanılması, qanın laxtalanmasına kömək, artıq maddələrin daşınması və dəf olunması üçün həyati əhəmiyyət kəsb edir. Plazmanın təxminən 7%-i müxtəlif dərmanların hazırlanmasında istifadə edilə biləcək proteinlərdən təşkil olunub və bu iş plazmanı əczaçılıq sənayesi üçün qiymətli bir maddəyə çevirib. Dərman istehsalı üçün proteinlərin çıxarılması plazmanın emalı prosesində istifadə olunan mürəkkəb texnologiya, emal və çətin tənizləmə əməliyyatlarına möhtacdır.
Tehran Tibb Elmləri Universitetinin Əczaçılıq fakültəsinin məzunu və elm təməlli şirkətin baş direktoru Muhəmməd Rza Şəhidi verdiyi müsahibədə deyib: İnsanın və digər varlıqların qan plazmasında müxtəlif növ zülallar mövcuddur. Bu zülalların müxtəlif növü, müxtəlif dərmanların hazırlanması üçün ayrılır və emal olunur. Məsələn, ilan və əqrəb antidotu üçün bizim istədiyimiz, zəhəri təsirsiz edən xüsusi zülallardır və bu zülallar emal zavodunda ayrılır.
O, əczaçılıq sənayesində plazmanın geniş istifadələrinə işarə edərək deyib: Qan plazmasının albumin, IVIG, laxtalanma faktorları və.s kimi təmizlənmiş törəmələri plazmadan ayrılaraq müxtəlif dərmanların hazırlanmasında istifadə olunur.
Şəhidi dərmanların xammalının ayrılmasının necəliyi barəsində deyib: Plazma mənşəli dərmanlarda istifadə olunan xüsusi maddələr və proteinlər emal prosesi yolu ilə ayrılır. Bu proses neft sənayesində istifadə olunan prosesə oxşayır. Xam neft emalı zavodunda da benzin və digər maddələr ayrılaraq təmizlənir.
O, plazma emalı zavodu barəsində deyib: 80-cı illərdə İranda plazmanın təmizlənməsini həyata keçirən plazma emalı zavodu yaradıldı. Virus infeksiyasının ötürülməsi ehtimalı olduğuna görə, bu emal zavodunun fəaliyyəti dayandırıldı. Bizim şirkətin emal zavodu 2017-ci ildə fəaliyyətə başladı və 2 il sonra, yəni 2019-cu ildə plazma mənşəli ilk dərman məhsulu bizim tərəfimizdən bazara çıxarıldı.
O, bu elm təməlli şirkətin fəaliyyəti barəsində deyib: Bizim şirkət 10 min litr plazma təmizləmə qabiliyyətli plazma emalı zavoduna sahibdir. Bu zavodda gördüyümüz işlərdən biri, plazmadan ilan və əqrəb antidotu hazırlamaqdır.
O, plazma törəmələrindən hazırlanan antidotun izahında deyib: Bu antidot əqrəb yaxud ilan sancmasından zəhərlənmiş şəxslər tərəfindən istifadə oluna bilər. Sancma hallarında zəhər xarici antigen olaraq bədənə daxil olur və yalnız antidot vasitəsilə cıxır. Onun sadə dərmanlarla müalicə imkanı yoxdur. Bu antidotlar bədənə daxil olmaqla zəhəri təsirsiz edirlər.