“Qaim 100” peyk daşıyıcısının suborbital uçuşu həyata keçirilib

İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik qüvvəlləri “Qaim 100” peyk daşıyıcısının uğurlu suborbital uçuşu barəsində xəbər verib.

Fars xəbər agentliyinin siyasi bürosunun müxbirinin verdiyi məlumata görə, bugün (şənbə günü, noyabrın 5-i) briqada generalı İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik qüvvələrinin komandiri Əmirəli Hacızadə və Silahlı Qüvvələrin bəzi məsul şəxslərinin iştirakı ilə quru yanacqla təmin olunmuş “Qaim 100” peyk daşıyıcısı Rafe birinci mərhələ mühərrikinin suborbital uçuş sınağı uğurla başa çatıb.

Bu məlumata əsasən “Qaim 100” quru yanacaqlı peyk daşıyıcısı elə bir peykdir (peyk daşıyıcısı) ki, üç mərhələli quru yanacaqla 80 kq ağırlığındakı peykləri Yer kürəsinin 500 kilometrliyində Orbitdə yerləşdirməyi bacaracaq.

Bugünki sınaqda Rafe quru yanacaq mühərriki olan və 2022-ci ilin Dekabr-Yanvar aylarında yer sınağını uğurla arxada qoyan “Qaim 100” peyk daşıyıcısının birinci mərhələ mühərriki suborbital uçuş sınağında qəraralaşıb.

Allahın lütfü ilə bu mərhələdən keçməklə yaxın gələcəkdə Rabitə və İnformasiya Texnologiyaları Aerokosmik Təşkilatının “Nahid” peyki, İslam İnqilabı Keşikçiləri Korpusunun vasitəçiliyi ilə “Qaim 100” üç mərhələli peyk daşıyıcısından bəhrələnməklə Orbitdə qərarlaşacaq.

İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general Əmirəli Hacızadə, bu qüvvələrin peyk uçurma kosmik bazasında keçirilən bu böyük nailiyyətin sınaq mərasimində deyib:

“Alçaq və terorist rejim olan Amerikanın başçılığı altında təkəbbürlü ölkələr, xalqlarını səfərbər etməklə böyük İran xalqının tərəqqisi qarşısında dayanmışlar və İran İslam Respublikasının qürurlu uğurlarını həzm edə bilmirlər.”

O, vurgulayıb: “Böyük Meqamlı Rəhbər və Ali Baş Komandanlığın göstərişləri əsasında İran İslam Respublikasının cavan alimlərinin ciddi səylərinin, bu böyük nailiyyətləri bəşər tarixinin ən ağır sanksiyalarının kölgəsi altında əziz ölkəmiz üçün gətirməsinin qarşısında güclü İran strategiyası var.

Şübhəsiz, yüksək elm zirvələrini fəth etmək, yeni və üstün texnologiyalara yiyələnmək üçün mütərəqqi hərəkətimizin qüdrət və sürətini davam etdirəcəyik.”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir