Qadınlarda ən çox rast gəlinən xərçəngin erkən diaqnozu üçün İranın həll yolu

Tarbiat Modares Universitetinin tədqiqatçıları qadınlarda ən çox rast gəlinən xərçəngi aşkarlaya bilən elektrokimyəvi biosensorun dizaynı və istehsalına nail olublar.

Xarici KİV-in elmi müavinliyə istinadən verdiyi məlumata görə, Hüseyn Nadiriməneşin rəhbərliyi və İranın Milli Elm Fondunun dəstəyi ilə həyata keçirdiyi dissertasiya tədqiqatında “mikrofluidika mühitdə döş xərçəngində təsirli olan mikroRNT-lərin erkən diaqnozu üçün elektrokimyəvi biosensorun dizaynı və istehsalı”na nail olan Tarbiat Modares Universitetinin məzunu Cəlil Perçekani Çuzəki deyib: Xərçəng həssas və diqqət mərkəzində olan mövzulardan biridir. Onun qarşısını almaq və erkən diaqnozu üçün bir yol tapmaq həmişə yüksək əhəmiyyətə malik olub. Bu xəstəliyin gec diaqnozu onun yayılmasına və metastaz yolu ilə digər toxumalara yoluxmasına səbəb ola bilər. Bu, qan yaxud limfa vasitəsilə baş verir. Təəssüf ki, metastaz baş verən zaman müalicə çox çətin olur və termində ona bədxassəli xərçəng deyilir.

O, əlavə edib: Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, ağciyər xərçəngi ilə birlikdə döş xərçəngi insanlar arasında ən çox yayılmış xərçənglərdir. İranlı qadınlar arasında da döş xərçəngi ən çox rast gəlinən xərçəng hesab olunur.

Bu tədqiqatçı sözlərinin davamında deyib: Mühüm nöqtə budur ki, döş xərçəngi həm kişilər və həm qadınlar arasında görünür. Amma onun qadınlar arasında yayılması kişilərdən daha çoxdur. Belə ki, hər 8 qadından biri həyatı boyu döş xərçənginə tutulur. Amma kişilər isə döş xərçənginə tutulanların yalnız yüzdə birini təşkil edirlər.

O, vurğulayıb: Təəssüflər olsun ki, erkən diaqnoz üçün adi şəkildə istifadə oluna biləcək həssas və spesifik olan heç bir etibarlı serum marker yoxdur. Amma bu sahədə mikroRNT xərçəng xəstəliyində diaqnostik marker kimi elmi ictimaiyyətdə diqqət mərkəzindədir.

Perçekani Çuzəki bildirib: Bu tədqiqatda mikrofluidika mühitdə döş xərçəngində təsirli olan mikroRNT-lərin erkən diaqnozu üçün elektrokimyəvi biosensor dizaynı və istehsalı ardınca idik. Çünki, bu sensorun köməyi ilə döş xərçəngini ibtidai mərhələdə və yüksək sürətlə müəyyənləşdirmək olar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir