Qabaqcıl KT skan cihazının istehsal xəttinin açılışı

Xorasan Rəzəvi Elm və Texnologiya parkında Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavininin iştirakı ilə KT skan cihazının ilk istehsal xəttinin və elm təməlli şirkətlərdən birinə məxsus İran istehsalı olan ventilyatorunun ixrac xəttinin açılış mərasimi keçirilib.

Xarici KİV-in verdiyi məlumata görə, ölkənin şərq innovasiya və texnologiya ekosisteminin fəalları ilə dialoq qurmaq və elm təməlli şirkətləri ziyarət etmək məqsədi ilə Məşhəddə iki günlük səfər etmiş Ruhullah Dehqaninin iştirakı ilə KT skan cihazının istehsal xəttinin və elm təməlli şirkətlərdən birinin istehsal etdiyi ventilyatorun ixrac xəttinin istifadəyə verilməsi baş tutub.

Dehqani, həmçinin İranda istehsal olunmuş tənəffüs yardımı cihazı, Tobufen Dion tənəffüs ventilyatoru, peşəkar klapan reanimasiyası və ventilyasiya kalibratoru və bu şirkətin mütəxəssisləri tərəfindən hazırlanmış İran istehsalı olan qabaqcıl avadanlıqların hissələrinin istehsal xətlərinə baş çəkib.

Bu elm təməlli şirkətin baş direktoru Xosrov Heydəri inanır ki, əgər bu şirkət elmi müavinlik kimi dövlətin digər sektorlarının, xüsusən də Səhiyyə Nazirliyinin hərtərəfli, qətiyyətli və gələcəyə yönəlmiş dəstəyinə sahib olarsa və zəmanətli alışla qarışılaşarsa, şübhəsiz, bir ildə 16 dilimli 250 KT skan aparatı istehsal edərək Səhiyyə Nazirliyinə təhvil verə bilər.

Heydəri KT skan aparatının idxal xərclərinin 220 000 avro olduğunu bildirərək deyib: Bu məhsulun yerli istehsalı ilə hər bir cihaz müqabilində təxminən 30 000 avro valyuta qənaəti olacaq. Buna görə də, əgər alış həcmi artarsa, KT skan aparatının hissələri ölkə daxilində istehsalının inkişaf ilə valyuta qənaətinin miqdarı daha çox olacaq. 250 ədəd KT skan aparatının istehsalı təxminən 17 milyon avro miqdarında valyuta qənaətinə səbəb olacaq.

O, həmçinin vurğulayıb: Bu elm təməlli şirkət KT skan aparatının bəzi hissələrini istehsal etməklə dünyada KT skan hissələrinin istehsalçıları arasına qoşulub və gələcəkdə KT skan aparatının əsas hissələrini kütləvi şəkildə istehsal edib ixrac edə bilər.

Onun sözlərinə görə, bu məhsulla əlaqədar yüksək sayda zəmanətli alış baş tutarsa, təbii olaraq bu şirkətin güclənməsinə və çox uzaq olmayan gələcəkdə bu məhsulun inkişafına səbəb olacaq. Belə ki, şirkət portativ yaxud səyyar (konteynerdə) KT skan istehsalına qadir olacaq. Reanimasiya Tədqiqat və İnkişaf Mərkəzinin vəsaiti hesabına onun dizayn mərhələsi başlayıb. Bu məhsul zəlzələ kimi gözlənilməz hadisələrdə İranın bütün məntəqələrində istifadə oluna biləcək. Bundan əlavə, mərkəzdən kənarda təcili tibb və hərbi mərkəzlərdə, sərhəd məntəqələrində və ixtisaslaşdırılmış və yüksək ixtisaslaşdırılmış məntəqələrdə istifadə qabiliyyətinə malikdir.

Heydəri şirkətin ixracat həcmi barəsində deyib: Təxminən bir il yarım əvvəl bu şirkət vasitəsilə 8 ədəd KT skan aparatı qonşu ölkələrdən birinə ixrac edilib. Əgər daxili ehtiyacı ödəyə bilsək, gələcəkdə KT skan aparatı ilə bağlı addım ata və inkişaf yolunda elmi müavinliyin və sair dövlət sektorlarının dəstəyi ilə daha yüksək dilimli KT skan aparatları istehsal edə bilərik.

O, əlavə edib: Hal-hazırda 128 dilimli KT skan istehsalına başlamışıq. KT skan kimi texnoloji və çox mürəkkəb aparatın istehsal texnologiyası ana texnologiyadır. Gələcəkdə KT skanın daha qabaqcıl növlərini, hətta Pet KT skan da istehsal edə bilərik.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir