Qərb mediası “Nur-2” peykinin uğurla orbitə buraxılmasını müzakirə edir

Qərb mediası çərşənbə axşamı İranın “Nur-2” adlı ikinci hərbi peykinin orbitə buraxıldığını elan edib.
Qərb mediası çərşənbə axşamı İranın “Nur-2” peykinin yer kürəsinin 500 kilometrlik orbitində uğurla yerləşdirildiyini və bunun SEPAH Hərbi-Hava Qüvvələrinin “Qasid” aerokosmik peyk daşıyıcısı vasitəsilə həyata keçirildiyini bildirib.
Reuters xəbər agentliyi bununla bağlı yazıb: SEPAH ikinci hərbi peyki uğurla orbitə çıxarıb.
Reuters əlavə edib ki, bu peykin orbitə buraxılması xəbəri Vyanada nüvə sazişinin bərpası üzrə danışıqların kritik mərhələyə çatdığı bir vaxtda dərc edilib.
Nur-2 peyki 500 km yüksəklikdə dövr edir.
İran tərəfindən 2020-ci ilin aprelində orbitə buraxılan ilk hərbi peyk yerdən 425 km yüksəklikdə orbitə buraxılıb.
“İkinci peykin kosmosa buraxılması İran ordusu üçün irəliyə doğru atılmış böyük addımdır və onun raket və nüvə proqramları ilə bağlı narahatlıq doğurur.” – deyə Reuters əlavə edib.
ABŞ ordusu iddia edir ki, peyklərin orbitdə yerləşdirilməsilə oxşar uzaq mənzilli ballistik texnologiyanın istifadəsi Tehrana uzaq mənzilli silahlar, hətta nüvə başlıqları olan raketlərə sahib olmaq fürsəti verir.
İran ABŞ-ın bu əməliyyatın ballistik raket üçün pərdə olması ilə bağlı iddialarını rədd edir və heç vaxt nüvə silahı yaratmaq niyyətində olmadığını bildirir.
Associated Press agentliyi də bununla bağlı xəbərində yazıb: “İran İnqilab Keşikçiləri Korpusu ikinci hərbi peykini kosmosa məhz, dünya qüdrətlərinin nüvə müzakirələrində Tehranın qərarını gözlədiyi bir vaxtda buraxıb.”
Associated Press İRNA-ya istinadən xəbər verir ki, İRNA raketin buraxılış yeri və vaxtını dəqiq bildirməyib.
Bununla belə, yüksək səviyyəli iranlı diplomatın danışıqlar üçün ölkəsinə qayıtması ilə peyk orbitə buraxılıb ki, bu da danışıqların başa çatmaq üzrə olduğu bir vaxtda Tehrana təzyiqin artdığını göstərir.
İran İnqilabı Keşikçiləri Korpusu Nur-2 peykinin Qasid peyk daşıyıcısıyla aşağı orbitə çatdığını açıqladı. İran İslam İnqilabı Keşikçiləri Korpusu peyk daşıyıcısını bərk yanacaqla təchiz edilmiş üç mərhələli peyk kimi vəsf edib.
Associated Press-in məlumatına görə, SEPAH Nur-1 peykini 2020-ci ildə orbitə buraxaraq dünyaya özünəməxsus kosmik proqramını idarə etdiyini göstərdi.
Bununla belə, İRNA İranın baş müzakirəçisi Əli Baqiri Kəninin səfərdən İrana qayıtmasını danışıqlar zamanı adi məsləhətləşmələrin bir hissəsi kimi qiymətləndirib.
“Deutsche Welle” həmçinin “Nur-2” peykinin orbitə buraxılması ilə bağlı məlumat yayıb: “İnqilab Keşikçiləri orbitə ikinci peyki yerləşdiriblər. ABŞ isə İranın peyk göndərməsilə BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozduğunu iddia edib.”
“Deutsche Welle” İranın dövlət mediasına istinadən xəbər verir ki, Nur-2 peyki Qasid peyk daşıyıcısı vasitəsilə aşağı Yer orbitinə yerləşdirilib.
AFP bu xəbərə cavab olaraq yazıb: “Çərşənbə axşamı İran nüvə sazişinin bərpası üzrə danışıqların kritik dövrə çatdığı bir vaxtda hərbi peyki uğurla orbitə buraxdığını elan edib.”
AFP İRNA-ya istinadən məlumat verib və bildirib: “İranın “Nur-2” adlı ikinci hərbi peyki Qasid peyk daşıyıcısı ilə kosmosa buraxılıb və yerdən 500 km yüksəklikdə orbitə uğurla yerləşdirilib.”
Vaşinqtonu nüvə sazişinə qaytarmaq üçün danışıqlarda iştirak edən böyük dövlətlər razılaşmanın qaçılmaz olduğunu bildirir.
İran və Beynəlxalq Atom Enerjisi Agentliyi şənbə günü əsas məsələlərin həllinə yanaşmada razılaşdıqlarını elan etdilər, lakin Rusiyanın Ukrayna münaqişəsilə bağlı yeni tələbləri razılaşmanı təxirə sala bilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir