Printerlərə lazım olan tonerin İran istehsalı olan cihazla hazırlanması

İranlı mütəxəssislər toner istehsal edən maşın hazırlamağa nail olublar. Bu maşın çap və dublikat avadanlıqlarında istifadə olunan bu yüksək istehlaklı və bahalı materialın ölkədə kütləvi istehsalına imkan yaradır.

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istindən verilən məlumatda bildirilib ki, toner printerlərdə və surət çıxaran cihazlarda mürəkkəb kimi istifadə olunan tozdur. Bu məhsulun xaricdən gətirilməsini və ölkənin ona olan yüksək həcmdəki ehtiyacını nəzərə alaraq, toner hazırlayan avadanlığın istehsalı əhəmiyyətli dərəcədə valyuta qənaəti ilə yanaşı, ölkənin poliqrafiya sənayesinin idxala olan bağlılığını əhəmiyyətli dərəcədə azalda bilər. Bu əsasla və ölkənin yüksək ehtiyacını nəzərə alaraq, elm təməlli şirkətlərdən birinin mütəxəssisləri işə başlayıb və rəngli tozlar istehsal edən maşını ölkədə lokallaşdırmağa müvəffəq olublar.

Samaneh Poi Şərq Şirkətinin baş direktoru Məhəmməd Hüseyn Həsəni toner istehsalı xəttinə aid maşınların dizayn olunmasına və kommersiyalaşdırılmasına toxunaraq deyib: Yolun əvvəlində və ölkənin bahalı və çox istifadə olunan maddə olaraq tunerə olan ciddi ehtiyacını anlayaraq, bu məhsul üzərində laboratoriya işlərinə başladım. Araşdırmadan sonra başş düşdük ki, tuner istehsalı üçün ilk növbədə ölkədə onu hazırlayan maşınlar düzəltməliyik. Şəxsi investisiya və 15 il tədqiqat və inkişaf işlərindən sonra unikal bir formula malik tuner istehsal etmə gücünə sahib oldum.

Bu aktiv texnoloq yerli gücə söykənərək ölkədə ilk dəfə olaraq tuner hazırlayan avadanlığın istehsal olunduğuna işarə edərək bildirib: Bu cihzazın yerli oxşar nümunəsi yoxdur. Onu xarici nümunəsindən fərqləndirən cəhətlərindən ölkənin neft-kimya sənayesinin istehsalı olan xammaldan istifadə olunasına işarə etmək olar. Bu tuneri İran şirkətlərindən birinin əmakdaşlığı ilə istehsal etmişik. Bu elm və texnologiya tamamilə ölkə daxilində inkişaf edib və biz onun bütün tərəflərinə agah olub, onu genişləndirmək, inkişaf etdirmək və ixrac etmək gücünə malikik. Bundan əlavə, onun qiyməti xarici nümunəsindən daha ucuzdur.

O, ölkənin poliqrafiya sənayesinin tunerə olan ciddi ehtiyacına toxunaraq əlavə edib: Hər il təxminən 3 min ton tuner idxal edilir ki, onun da hər kilosu orta hesabla 10 dollardır və illik olaraq təxminən 30 milyon dollar valyuta ölkədən çıxarılır. Əgər xammal sağlam və rəqabətli bir bazarda yerli neft-kimya sənayesindən əldə edilərsə, bu, məhsulun daha ucuz olmasına, məşğuliyyətin yaradılmasına, digər şəhərlərdə istehsal xəttinin inkişafına səbəb olar. Texnologiyanın inkişafı və onun ixracı valyuta gəlirinə də səbəb ola bilər.

Həsəni bu elm təməlli şirkətin istehsal xəttinin ildə 100 ton istehsal tutumuna malik olmasına işarə edərək deyib: Bu istehsal həcminə çatmaqla, 10 nəfər birbaşa və 60 nəfər dolayı yolla işlə təmin olunacaq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir