Portu futbol komandası iranlı hücumçunun parlaq çıxışı sayəsində Portuqaliya Liqasına güclü başlayıb.
IRIB-nin məlumatına əsasən, Portuqaliya Futbol Liqasının ilk həftəsində görüşlərin davamında “Portu” klubu öz doğma stadionunda “Maritimo” klubunu qəbul edib və sonda rəqib komandanı 5-1 hesabı ilə məğlub etməyi bacarıb.
“İran Press”in məlumatına görə, Mehdi Taremi komandasının ilk qolunu 12-ci dəqiqədə vurub, Evanilson isə 40-cı dəqiqədə komandasının ikinci qolunun müəllifi olub və 43-cü dəqiqədə Mehdi Taremi komandasının üçüncü, özünün isə bu matçda ikinci qolunu Maritimonun qapısından keçirməyi bacarıb.
Markano və Toni Martinez Porto-nun digər qollarını vurublar, Meh Vinks bu qolların təkcə birinin əvəzini çıxa bilib.
Portu bir neçə gün əvvəl Portuqaliya Superkubokunu qazanıb və buna görə də, bu görüşə yaxşı əhval-ruhiyyə ilə meydana daxil olub.
Beləliklə Tareminin dostları mövsümün ilk oyununu qələbə ilə arxada qoyublar və ilk 3 xalı qazana biliblər.