Polşa Xarici İşlər Naziri: İran regionda bizim mühüm tərəfdaşımızdır

  Polşa Xarici İşlər Naziri iranlı həmkarı ilə telefon danışığı zamanı İranı regionda ölkəsinin mühüm tərəfdaşı adlandırıb və sanksiyaların aradan qalxması üçün gedən müzakirələrin uğurlu olmasına ümidvarlığını bildirib.

  Xarici KİV-in verdiyi məlumata görə, İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan və Polşanın Xarici İşlər Naziri Zibgenio Rao telefon danışığında ikitərəfli münasibətlər, konsulluq məsələləri və beynəlxalq arenada gedən dəyişikliklər barəsində fikir mübadiləsi aparıblar.

  Əmir Abdullahiyan bu danışıqda İİR ilə Polşa arasında mövcud olan yaxşı əlaqələrə işarə edib.

  İki ölkənin Xarici İşlər nazirləri ikitərəfli əlqalərlə bağlı son mövzuları araşdırıb və müştərək komisiyanın yaradılması barəsində fikir mübadiləsi aparıblar.

  Polşa Xarici İşlər naziridə iki ölkənin münasibətlərinin keçmiş tarixcəsinə toxunaraq, Polşa üçün İranla əlaqələrin əhəmiyyətini vurğulayıb və İranın regionda Polşanın mühüm tərəfdaşı olduğunu deyib. O, həmçinin, sanksiyaların aradan qalxması barəsindəki müzakirələrin uğurla başa çatmasına ümidvar olduğunu bildirib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir