İran Khodro, 206 seriyalı maşınların əvəzləyicisi olacaq yeni maşının təqdimat mərasimini keçirib.
İran Kodro Sənaye Qrupu bu məhsulun təqdimatında deyib: son illərdə Pejo 206 ekonomik hetçbek bazarında gözə çarpacaq dərəcədə paya malik olub. Pejo 206 avtomobili, müştərilər arasında çox sevilsə də, İran Khodro P200 platformasına əsaslanan müasir və çarpaz görünüşlü məhsul təqdim etmək fikrində də olub.
İran Khodro Məhsulu komitəsinin qərarlarına əsasən, P200 platforması məhsullarının portfelini tamamlamaq üçün çarpaz görünüşlü bir məhsulun yaradılması zərurəti hiss olunub və Tədqiqatlar Mərkəzinin P200 platforması üzərində layihə kodu TF21 olan avtomobil hazırlaması qərara alınıb. Nəticədə, günümüzün bütün xüsusiyyətlərinə və standartlarına malik olan TF21 avtomobilinin yaradılamsı üçün tədqiqatlar başlayıb və qərara alınıb ki, pejo 207 hetçbek məhsulu ilə yanaşı motor gücü və sürət qutusunun müxtəlifliyi ilə fərqlənən çarpaz görünüşlü TF21 layihəsi məhsulunu təqdim etməklə bütün təhlükəsizlik avadanlıqları və standartlarla təchiz olunmuş çarpaz görünüşlü, hetçbek maşınları bazarının müxtəlif qiymət seqmentlərinə uyğun çeşid bazara təhvil verilsin.


2021-ci ilin qışında İran Khordo sənaye qrupunun baş direktorunun baxış keçirməsi ilə TF21-dən hazırlanmış həcm modeli yekunlaşıb, 2022-ci ilin əvvəlindən İran Khodrada bu layihənin məhsulunun yaradılması və istehsalı prosesi başlayıb. Məhdi Xətibinin sözlərinə görə, dizayndan bu məhsulun kütləvi istehsalına qədərki proses 18 ay müddətində yerinə yetiriləcək.
TF21 layihə məhsulunun prototip modelinin təqdimat mərasimi keçirilib və müştərilər 2023-cü ilin Avqust-Sentyabr aylarında bu cazibədar məhsulun kütləvi istehsalının intizarında olacaqlar.
İran Khodro son zamanlar keçmiş məhsulların standartlaşmasına çox diqqət edib və özünün yeni məhsullarında 85-lik stnadartlarına riayət edib. TF21 avtomobili 85-lik milli standartları keçməyi bacarıb.
Qeyd edək ki, TF21 layihəsinin məhsulu günün Avropa standartı sayılan toqquşma zamanı piyadanın qorunması təhlükəsizliyi standartını keçə bilib.
TF21 avtomobilinin rahatlıq və təhlükəsizlik imkanları gözlənildiyindən daha yüksək olub və ESC elektron sabitliyə nəzarət sistemi, TPMS təkər təzyiqinə nəzarət, ötürücü dəyişdirmə bələdçisi (GSI sistemi), işıq sensoru, yağış sensoru kimi avadanlıqlara malikdir. Beləliklə də, TF21 İran bazarında eyni kateqoriyada yerləşən idxal olunmuş rəqibləri ilə yaxşı rəqabət aparmağa qadirdir.
TF21 luks modelinin avadanlıqlarından 15 düymlük aliminium halqa, üzərində nəzarət düymələri olan dəri ilə örtülmüş sükan, elektrik sükan, 7 düymlük sensor ekranlı multimedia sistemi və açarsız giriş sisteminə (keyless) işarə emək olar.
TF21-in texniki göstəriciləri 1587 kubmetr dəqiqliyi həcmində 16 klapanlı 4 silindrli atmosferli bir motora malik olan tanış TU5 plus mühərriki ilə təchiz olunub.
TU5P mühərrikinin üstünlüklərindən az yanacaq işlətmə, aşağı emissiya, səsin və titrəyişin azlığı, yüksək dözüm, asan təmir, ehtiyat hissələrinin və təmirçilərinin çoxluğuna işarə etmək olar.
