“Pars 1” İran peyki uğurla kosmosa göndərilib

Pars 1 peyki Rusiyanın “Vostochnı” buraxılış bazasından “Soyuz” buraxılış aparatı vasitəsi ilə kosmosa göndərilib.

Verilən məlumata əsasən, bu gün səhər saatlarında Pars 1 peyki Rusiyanın “Vostochnı” buraxılış bazasından “Soyuz” buraxılış aparatı vasitəsi ilə kosmosa göndərilib və Yerdən 500 km yüksəklikdə Günəş orbitinə yerləşdirilib.

Bu peykin rəng spektri və qısa dalğalı infraqırmızı kamerası 100 gündən daha az bir vaxt ərzində İranın 95% ərazisinin görüntüsünü çəkə bilir.

Həmçinin bu peykin gecə görüntüləmə qabiliyyətli termal infraqırmızı spektrli kamerası 45 gündən daha az bir vaxtda İranın bütün ərazisini görüntüləməyə qadirdir.

Pars 1 görüntüləmə ölçü götürmə peyki 100% İran istehsalıdır və yerli elm təməlli şirkətlərin köməyi ilə İranın Kosmik Tədqiqatlar İnstitutu tərəfindən hazırlanıb.

Rabitə naziri İsa Zari ötən gün (çərşənbə günü) hökumətin kollegiya iclası çərçivəsində açıqlamışdı: İnşallah, sabah 13-cü hökumətdə 12-ci buraxılışmız olacaq.

O, bildirmişdi ki, bu peyk beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində cümə axşamı günü səhər Rusiyanın buraxılış aparatı vasitəsilə kosmosa buraxılacaq.

134 kq olan bu peyk İranın Kosmik Tədqiqatlar İnstitutunun tədqiqat-ölçü peykləri silsiləsindəndir. O, funksional görüntüləmə, yerli ölçü məlumatları bazarının genişlənməsi, yerli ölçmə əməliyyat peyklərinə lazım olan texnologiyaların inkişafı və sınaqdan keçirilməsi məqsədi ilə dizayn edilərək istehsal edilib.

Bu peykin 3 görüntüləmə kamerası var və yer resusrları haqqında məlumatları üç spekrtal diapazonda alır: görünən, qısa dalğalı infraqırmızı və termal infraqırmızı.

Bu peykin digər missiyalarından açılan günəş panellərinin mexanizminin sınaqdan keçirilməsi, soyuq qazın hərəkəti ilə orbitin korreksiyası sınağı, yerli mövqe tapma üsuluna əsaslanan GPS-dən asılı olmayaraq peykin mövqeyinin təyin olunma əməliyyatının sığnağı, açılan günəş panelləri və yerli lövhələrlə orbitdə gücün yaranması, çevrilməsi və paylanması əməliyyatlarının sınağı, X tezlik diapazonunda yüksək sürətli təsvir göndərmə testi, kosmik radiasiyanın miqdarını ölçmək üçün faydalı yükdən (dozimetriya) istifadə edərək orbitdə kosmik radiasiyanın miqdarını ölçülmə testinə işarə etmək olar.

Pars 1 peykində istifadə olunan texnologiyalar bunlardır: V/UHF tezliyi diapazonunda telekommunikasiya bağlantısı, S tezliyi diapazonunda geniş spektrli telekommunikasiya bağlantısı, X tezlik diapazonunda telekommunikasiya bağlantısı, GPS yerləşdirmə sensoru, ODS yerləşdirmə sensoru, günəş, ulduz, maqnitometr, giroskop və kosmik radiasiya miqdarını ölçmə sensoru, istilik borusu, müxtəlif vəziyyətlərin idarə olunması üçün aparat avadanlığı və proqram strukturları və günəş panelləri. Bu texnologiyalar ölkənin gələcəkdəki əməliyyat peyklərinə lazım olan texnologiyaların əsası olacaq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir