Pərdis Texnologiya Parkında elm təməlli 10 yeni məhsulun təqdim olunması

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavininin iştirakı ilə keçirilən Pərdis Texnologiya Parkının 21-ci illik iclası çərçivəsində Pərdis Texnologiya Parkı şirkətlərinin yeni məhsulları təqdim olunub.

Çərşənbə günü, Sentyabr-ın 20-i Parkın texnoloqları və rəhbər işçiləri, həmçinin Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavininin iştirakı ilə Pərdis Texnologiya Parkının illik iclasının açılış mərasimi keçirilib. Bu toplantıda Parkın 10 yeni elm təməlli məhsulu təqdim olunub.

Sağlamlıq sahəsində çox istifadə olunan 6 yeni məhsul

Təqdim olunan ilk məhsul ölkənin əsas problemlərindən birinə, yəni sonsuzluğun müalicəsinə həsr olunub. Park kompleksində elm təməlli şirkətlərdən birinin istehsal etdiyi mikropipetlər məhsulu sonsuzluğun müalicəsində mikroinyeksiya şəklində (ICSI) yumurta hüceyrəsinə sperma yetirmək üçün istifadə olunan qabaqcıl bir məhsuldur.

Bu mərasimda təqdim olunan digər bir məhsul İbrutinib tableti olub. Bu həb bir növ xərçəngin hədəfli dərmanıdır. Lensofitik lösemiyə, lenfoplazmasitik xərcəngə tutulmuş yetkin yaşlı xəstələr və transplantasiyaya davamlı xəstəliyi olan insanlar bu dərmandan istifadə etməli olan xəstələrdəndirlər.

Təqdim olunan üçüncü məhsul bəzi mühüm dərmanların istehsal xəttində istifadə olunan bir məhsul idi. Bu məhsul liposomal nanohissəciklərin istehsal texnologiyasıdır. Dərman və qida əlavələri məhsullarının istehsalında istifadə olunan və qida əlavələrini bağırsağın sərt mühitində məhv olmadan qoruyan kod.

Telekardioqraf cihazı Pərdis Texnologiya Parkındakı digər yeni bir məhsul idi. 12 girişi olan bu cihazın işi ürək siqnallarını izləmək, göstərmək, saxlamaq və təhlil etməkdir. O, həmçinin ürək xəstəliklərinin uzaqdan müəyyən edilməsi imkanını yaradır.

Pərdis Texnologiya Parkındakı növbəti yeni məhsul bir bitki kremidir. Bu krem torpaq ağcaqanadlarının xüsusi nümunələrinin sancması ilə artan leyşmaniozun müalicəsində istifadə olunur. Bu məhsul yaranın sağalmasına səbəb olur və həmçinin çapıq və dəri lezyonunun yaranmasının qarşısını alır.

Pərdis Texnologiya Parkında təqdim olunan digər bir texnologiya dərman bitkilərindən qranulların hazırlanması texnologiyası idi. Bu texnologiyadan istifadə etməklə, zəncəfil, cobanyastığı, razyanə və s. kimi müxtəlif dərman bitkilərinin ekstratlarından qranullar hazırlamaq  və bu yolla dərmandakı təsirli maddənin dozasını nəzarətdə saxlayıb standartlaşdırmaq olar.

Bir şirkətin telekommunikasiya sahəsindəki 2 yeni məhsulu

10 FM radio proqramı təkrarlayıcısı və rəqəmsal TV-nin soyuq maye ötürücüsü Texnologiya Parkında təqdim edilən digər 2 məhsul idi. Bir şirkət tərəfindən istehsal olunan bu 2 məhsul radio və TV ötürücüləri sahəsində ardıcıl olaraq kor ərazilərdə FM radio əhatəsi və rəqəmsal TV siqnalı ilə böyük şəhərlərin əhatəsi üçün işlədilir.

BLDC motor avadanlığının istehsalı

BLDC motoru yaxud Brush Less DC (DC fırçasız motor) elektrik mühərrikidir. O, yaxşı performansına görə, adətən tavan ventilyatorlarında və paltaryuyan kimi elektrikli nəqliyyat vasitələrində istifadə olunur. Bu növ motorların möhtac olduğu avadanlıqları hazırlamaq Pərdis Texnologiya Parkındakı digər yeni məhsullardan idi.

Austenitik poladdan qaynaq doldurucusunun istehsalı

Pərdis Texnologiya Parkında təqdim olunan digər bir məhsul austenitik poladların qaynaq doldurucusu idi. Doldurucu yaxud qaynaq teli qaynaq zamanı metallar arasındakı boşluğu doldurmaq üçün istifadə olunan istehlak materialıdır. Austenitik polad da çoxlu sənaye tətbiqlərinə sahib olan xüsusi bir quruluşa malik bir polad növünə deyilir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir