Prezident yanında Elm və Texnologiya müavinliyinin verdiyi məlumata əsasən, elm təməlli şirkətlərin sayı ötən il 90% artaraq 8 min 368-ə çatıb.
Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, Ali Məqamlı Rəhbərin elm təməllilərin inkişafının əhəmiyyətini vurğulamasını nəzərə alaraq, ölkədəki elm təməlli şirkətlərin ümumi sayı 90% artaraq 8 min 368-ə çatıb.
Bu hesabata əsasən, indiyə qədər ölkədə 8 min 368 şirkət yaradılıb. Bu şirkətlərin 5 min 445-i istehsalla bağlı və 2 min 923-ü isə yeni elm təməlli şirkətlərdir.
Son bəyanatında əməliyyat gəlirlərinə sahib olan elm təməlli şirkətlər yüksəl texnologiyalar sahəsində fəaliyyət göstərmə şərtiylə, istehsalla bağlı şirkət kimi tanınır. Həmçinin vergi bəyannaməsi olmayan yaxud son vergi bəyannaməsinə əsasən, əməliyyat gəliri olmayan elm təməlli şirkətlər yeni elm təməlli şirkət olaraq tanınır.
Qeyd etmək lazımdır ki, elm təməlli şirkətlər müxtəlif sahələrdə fəaliyyət göstərməklə iki qrupa; elm təməlli istehsal şirkəti və yeni elm təməlli şirkətlərə ayrılırlar. Bunların da hər biri fəaliyyət növü, mürəkkəblik və texnoloji əhəmiyyətinə görə, 1-ci növ, 2-ci növ və 3-cü növ olmaqla, 3 qrupa bölünürlər.
“Bioloji, kənd təsərrüfatı və qida sənayesi texnologiyası”, “dərman və qabaqcıl diaqnostika və müalicə məhsulları”, “qabaqcıl maddələr və kimyəvi texnologiyalara əsaslanan məhsullar” və “qabaqcıl maşın ləvazimatları və avadanlıqlar” kimi texnoloji sahələr elm təməlli şirkətlərin əsas fəaliyyət sahələrindəndir. Onlar bu sahələrdə münasib məhsullar istehsal edərək təqdim etməyə çalışırlar.
Həmçinin “tibbi vasitələr, lavazimatlar və avadanlıqlar”, “elektrik və elektronika, fotonika və telekommunikasiya”, “kompüter məlumatları və proqramları texnologiyası”, “kommersiyalaşdırma xidmətləri” və “mədəni, yaradıcı sənayelər və humanitar elmlər” kimi sahələr də ölkədəki elm təməlli şirkətlərin fəaliyyət göstərdikləri digər sahələrin adlarıdır.
Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyi biliyə əsaslanan ekosistemin yaradılması və formalaşmasının, bu sahədə aktiv olan şirkətlərin inkişafının himayəçisi olub və son illər ərzində bu şirkətlərin mümkün qədər inkişafı istiqamətində addımlar atıb.
Son illər ərzində ölkədəki elm təməlli şirkətlərin inkişafı və genişlənməsi istiqamətində Elmi Müavinliyin atdığı addımları nəzərə alaraq, elm təməlli şirkətlərin müxtəlif sahələrdəki əhəmiyyətli dərəcədə inkişafının şahidiyik. Belə ki, statistikaya əsasən, 2021-ci ildə təxminən 750 elm təməlli şirkət yaradılıb. Amma 2022-ci ildə yeni şirkətlərin sayı 1400-ə çatıb və bu, ölkədəki elm təməlli şirkətlərin təxminən 90% inkişafı deməkdir.
Elm təməlli şirkətlərə dəstək qanununun yekunlaşması və dərc olunması da bu inkişafın icrasında təsirə malik olub, ölkənin texnologiya və innovasiya ekosisteminin formalaşması və elm təməlli məhsulların cəmiyyətə təqdim olunması istiqamətində böyük addım sayılır.