Ölkənin diaqnostika dəstlərinə olan ehtiyacının yerli məhsullarla təmin olunması

Genetik və diaqnostik dəstlər tibbin bir çox sahələrində, o cümlədən hamiləlik, sonsuzluq, xəstəliyin müəyyən olunması və bir çox digər sahələrdə genetik diaqnostika laboratoriyaları və elmi mərkəzlərdə istifadə olunur.

Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, DNT vasitəsilə kimliyin müəyyən olunması testi insanların kimliyinin müəyyənləşməsində ən etibarlı üsullardan biridir. Elm təməlli şirkətlərdən biri xüsusi dərman məhsulları, kimliyin müəyyən olunması və genetik diaqnoz dəstləri hazırlamaqla, ölkənin bu məhsullara olan ehtiyacını ödəyib.

Elm təməlli Kövsər Biotexnologiya Şirkətinin baş direktoru Sirus Zeynalı bu şirkətin dərman, kimliyin müəyyən olunması və genetik diaqnoz dəstləri sahəsindəki fəaliyyətinə işarə edərək deyib: Bu şirkət transplantasiya edilmiş toxumanın, yəni insan timusuna qarşı dovşan poliklonal antikor istehsalının qarşısını almaq üçün xüsusi xəstələrə məxsus strateji dərman istehsal edə bilib. Bu dərman Səhiyyə Nazirliyinin Dərman və Qida Təşkilatının icazəsiylə 2021-ci ildə bazara çıxarılıb.

Bu fəal texnoloq deyib: Bu şirkət dünyada kimliyin molukulyar təyinatı dəstlərinin 5 istehsalçısından biridir və kimliyin müəyyən olunması dəstlərinin yükəsk çeşidini sağlamlıq bazarına təqdim etməyi bacarıb.

Zeynalı deyib: Kövsər Biotexnologiya Şirkəti genetik diaqnoz dəstləri sahəsində ciddi fəaliyyət göstərir. Şirkət ötən illər ərzində bu sahədə, o cümlədən hamiləlik sindromlarının müəyyən olunması, kişilərdə sonsuzluq, bir sıra insan xəstəliklərinin diaqnozu, PGD və bir çox digər sahələrdə onlarla təyin etmə dəstini genetik diaqnostika laboratoriyaları və elmi mərkəzlərə təqdim edib. Bu şirkətin atın identifikasiya dəsti yerli istehsalın dünya səviyyəli məhsullarından biridir.

Biotexnologiya sahəsinin bu aktiv üzvü bu məhsulun əhəmiyyəti və istifadəsinə işarə edərək deyib: Bu dəstlər genetik xəstəliklərin diaqnostikası və insanların genetik kimliyinin müəyyən edilməsində səmərəlidir. Bu məhsulun auditoriyası polis və məhkəmə tibb laboratoriyaları kimi genetik və identefikasiya laboratoriyalarıdır.

Kövsər Biotexnologiya Şirkətinin baş direktoru dünya standartları ilə eyni səviyyəli dərman məhsullarının istehsalı və daxili tələbatı ödəmək bacarığına işarə edərək deyib: Dərmanla bağlı 5-6 milyon avroya yaxın ölkədən valyuta çıxarılıb. Daxili istehsalın dəstəklənməsi və idxalın dayandırılmasıyla illik olaraq 6 mliyon avro dəyərində valyutaya qənaət ediləcək. Diaqnostik dəstlərlərlə bağlı da yüz minlərlə avro valyuta ixracı olacaqdı. Hal-hazırda da daxili tələbatın əsas hissəsi bu şirkətin məhsulları ilə təmin olunur.

Zeynalı daxili istehsal olan məhsulun xarici nümusəsinə nisbətən 4-10 dəfə daha ucuz qiymətlə daxili istehlakçıların əlinə çatmasını bəyan edərək sözlərinin davamında deyib: Bu şirkət yerli məhsulu beynəlxalq bazarda 4-8 dəfə daha baha satır və iddia etmək olar ki, idxal daxili qiymətlə müqayisə oluna bilməz.

O, bu elm təməlli şirkətdə yaradılmış məşğuliyyət barəsində deyib: Bu şirkətin tam iş saatı ilə işlə təmin olunan 70 işçisi var və o, dolayı yolla yüzlərlə insana, onlarla sənətə kömək edir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir