Nüvə sənayesi İranın elmi və iqtisadi inkişafının göstəricisidir

İran İslam Respublikasının Atom Enerjisi Agentliyinin sədri Əli Əkbər Salehinin nüvə enerjisi sənayesi ilə bağlı fikirləri maraq doğurub.
Əli Əkbər Salehinin fikrincə nüvə sənayesi İran İslam Respublikası üçün güc yaradan sənayedir: “Nüvə sənayesi ölkənin bütün sənayesində güc yaradır. Bu sənaye potensial olaraq güc qaynağıdır. Bu səbəblə İran İslam Respublikasının düşmənləri bizi bu güc qaynağından məhrum etmək istəyirlər”.
Əli Əkbər Salehi bildirib ki, İran İslam Respublikası nüvə sahəsində əldə etdiyi uğurları, bu sahədə qazandığı təcrübələri Fars körfəzi ətrafında yerləşən ölkələr ilə də bölüşə bilər.
Qeyd edək ki, Əli Əkbər Salehi oxşar fikirləri 2019-cu ildə Buşehrdəki nüvə stansiyalarının açılışı zamanı da diqqətə çatdırmışdı.
Onu da xatırladaq ki, Buşehrdəki iki və 3 nömrəli stansiyaların inşaatına 2016-cı ildə başlanılıb. İkinci reaktor 2019-cu ildə, üçüncü reaktor isə 2020-ci ildə fəaliyyətə başlayıb.
Buşehrdəki reaktorların inşaatında İran İslam Respublikası Rusiya Federasiyası ilə əməkdaşlıq edib.
Əli Əkbər Salehi 2019-cu ildə edilən açılış mərasimi zamanı Rusiya ilə elm və texnologiya sahəsində daha böyük əməkdaşlıqlar edəcəklərini açıqlamışdı.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir