Nüvə anlaşmasından çıxmaq böyük bir səhv idi

Ölkəsinin nüvə anlaşmasından çıxmasını böyük bir səhv adlandıran ABŞ prezidenti Co Bayden Amerikanın bu anlaşmaya qayıtmalı olduğunu iddia edib.

İRİB-nin məlumatına əsasən, İşğal olunmuş ərazilərdə olan Bayden sionist rejimin 12-ci kanalı ilə müsahibədə ölkəsinin keçmiş prezidenti Donald Trampın İranla nüvə anlaşmasından çıxmasını böyük səhv hesab edib. Deyib ki, hələ də Birləşmiş Ştatların bu anlaşmaya qayıtmalı olması qənaətindədir.

Amerika prezidenti eyni zamanda, ölkəsinin çoxtələbliklərinə işarə etmədən, topu İran ərazisinə atıb. Bildirib ki, bu barədə qərara gəlmək, İranın öhdəsinədir.

Vaşinqton 2018-ci ilin may ayında, Donald Trampın prezidentliyi dövründə, birtərəfli və qeyri-qanuni surətdə nüvə anlaşmasından çıxdı. Ağ Ev o vaxtdan bəri nüvə sanksiyalarını bərpa etməklə yanaşı, Tehrana qarşı geniş sanksiyalar tətbiq edibdir. Amma Amerikanın hazırkı prezidenti Co Bayden Birləşmiş Ştatları bu anlaşmaya qaytarmağa təmayül göstəribdir. Bununla belə, nüvə anlaşmasına qayıtmaq üçün indiyədək Bayden hökuməti tərəfindən heç bir real addım atılmayıbdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir