Qazıntı əməliyyatı, qazıntı sənayesində strateji və bahalı proseslərdəndir. İran Neft Nazirliyi hal-hazırda qazıntı sahəsində əhəmiyyətli avadanlıqlardan birinin lokallaşması və ilk dəfə olaraq istehsalı üçün elm təməllilərlə əməkdaşlıq ardıncadır. Bu avadanlıqlar yalnız bir neçə ölkənin sahib olduğu strateji bir texnologiyadır.
Ən yeni açıqlanan statistikaya görə, İranın neft quyularından gündəlik olaraq 2.9 milyon barel neft çıxarılır. Hazırkı sanksiya dövründə bu rəqəmə yetişmək neftin aşkarlanması və çıxarılması zəncirində ölkədə mövcud olan texnoloqlara da borcludur. Buna baxmayaraq, ümumi yataqlardan neft çıxarma sahəsindəki müasir texnologiyalara sahib olmaq İranın neft sahəsindəki ehtiyacıdır.
İstiqamətli qazma neft-qaz sənayesinin yeni texnologiyası
Qazıntı əməliyyatı, qazıntı sənayesində strateji və bahalı proseslərdəndir. O, neft-qaz sənayesində ox ucu kimi xüsusi mövqeyə malikdir. İran Neft Nazirliyi hal-hazırda qazıntı sahəsində əhəmiyyətli avadanlıqlardan birinin lokallaşması və ilk dəfə olaraq istehsalı üçün elm təməllilərlə əməkdaşlıq ardıncadır. Bu avadanlıqlar yalnız bir neçə ölkənin sahib olduğu strateji bir texnologiyadır.
Neft quyularının mexaniki qazıntısı müxtəlif üsullarla həyata keçirilir. Fırlanan qazıntı və zərbəli qazıntı onun iki növüdür. Zərbəli qazıntının uzun keçmişi var və neftin tapıldığı ilk dövrlərdən ondan istifadə olunur. Bu üsulda yerin bir neçə yüz metr dərinliyinə nüfuz edə bilən qalın və uzun lomlardan istifadə olunurdu. Amma neft ehtiyatlarının aşkarlanması və istismarının genişlənməsiylə, bu texnologiya yavaş-yavaş aradan getdi və onun yerini fırlanan qazıntı prosesi tutdu.
Fırlanan qazıntı texnologiyasında drel ucları daş üzərində fırlanma hərəkəti ilə onun əzilməsi və ovulmasına səbəb olurlar. Drel ucunu fırlatmaq üçün lazım olan enerji də fırlanma sisteminin köməyi ilə təmin olunur. Bəzən də mümkündür ki, kəşf olunmuş neft quyuları əldə olunması çətin olan yerlərdə olsunlar və qazma qurğusundan istifadə etməklə onların neftini çıxarmaq mümkün olmasın. Bu problemi aradan qaldırmaq üçün qazma texnologiyasının yerin altında istiqamət dəyişə bilməsi və neft ehtiyatlarına yetişə bilməsi vacibdir.
Fırlanan istiqamətli qazıntı texnologiyası neft quyularının qazılmasında yeni bir texnologiyadır ki, fırlanma prosesi dayanmadan drel ucluqlarını istənilən istiqamətə yönəltmə imkanı yaradır. Qısa RSS adı ilə tanınan Fırlanan İdarəetmə Sistemi (Rotary Steerable System) bu növ qazıntılarda istifadə olunan alətlərdən biridir. O, günümüzdə neft-qaz sənayesindəki yüksək qabaqcıl avadanlıqlardan biridir.

Fırlanma avadanlığı İranın həyati ehtiyacı
Bu texnologiyaya sahib olan şirkətlər müstəqil şəkildə və müxtəlif ölkələrin neft quyularının kənarında hazır olaraq onlara qazıntı xidmətləri göstərirlər. Adətən, onların heç biri bu avadanlığı satmır və tam şəkildə istəyənlərin ixtiyarına vermir. Buna görə də, demək olar ki, bu texnologiyanı almaq mümkün deyil.
İranın, xüsusən də İran və onunla qonşu olan ölkələr arasında mövcud olan müştərək neft yataqlarındakı istiqamətli və üfüqi quyularının qazıntı məlumatlarının araşdırmaqla başa düşmək olar ki, bu texnologiyanın təmin olunması neft quyularından neft çıxarılması sahəsində İranın zəruri ehtiyaclarından biridir. Digər tərfdən də İrandakı iqtiqamətli neft-qaz quyularının qazılmasında qarşıya çıxan problemlər, əsasən Fırlanan İdarəetmə Sistemindən istifadə etmək imkanının olmamasına görədir.
İdarəetmə Sistemindən istifadə edildiyi təqdirdə, hasilat əhəmiyyətli dərəcədə azalacaq, bunun müqabilində qazıntı qiyməti artacaq və nəticədə iqtisadi mənfəət əldə ediləcək. Digər tərəfdən texniki və iqtisadi cəhətdən ölkədəki neft-qaz quyularının qazılmasında bu sitemdən istifadə etmək imkanı mövcuddur. Adi quyulardakı mühərriklərlə müqayisədə təmir xərcləri nəzərə alınsa belə, yenə də bu sistemdən istifadə etmək sərfəlidir.
Bilik bazalarında çıxış yolunun axtarışı
Son bir neçə ildə neft sənayesinin texnoloji və bilik əsaslı ehtiyaclarının aradan qalxması zəmnində bəzi addımlar atılıb. Qazıntı avadanlıqlarının təmin edilməsi, neft quyularının hasilatı və həmçninin neft-kimya texnologiyaları bu qəbildəndir. Prezident yanında Elm və Texnologiya müavinliyindəki “İlk dəfə” işçi qrupu qrumlarla əməkdaşlıq etməklə, öz ehtiyaclarını aradan qaldırmaqdan ötrü bir çox asanlaşdırıcı tədbirlər həyata keçirib.
Son tədbirlərin birində bu müavinlik lazımi avadanlıqların və texnologiyaların hazırlanması üçün Neft Nazirliyi ilə razılığa gəlib ki, 10 il müddətində ehtiyacı olan RSS avadanlığını elm təməlli şirkətlər tərəfindən təmin etsin. Bunun müqabilində müavinlik də bu avadanlığın elm təməllilər tərəfindən hazırlanaraq ötürülməsinə dair söz verib.
Hal-hazırda RSS avadanlığının xarici nümunəsinin qiyməti təxminən 2.5 – 3.5 milyon dollardır. Elm və Texnologiya müavinliyi elm təməlli şirkətlər tərəfindən ümumi dəyəri təxminən 10 milyon dollar olan 3 avadanlıq istehsal etməyinə zəmanət verib. İnvestorların cəlb olunması, vergi yerlərindən güzəştlərin edilməsi, ucuz imkanlar və s. bu müavinliyin bu ehtiyacın təmin olunmasındakı öhdəliklərindəndir.

Nümayəndələr tərəfidən bacarıqların ehtiyaclarla əlaqələndirilməsi
Elm və Texnologiya müavinliyi özünün texnologiya mübadiləsi gücündən yəni, texnologiya mübadiləsi şəbəkəsinin nümayəndələrindən istifadə etməklə, istehsal qüdrətinə malik olan elm təməlli şirkətləri öz layihə və təkliflərini təqdim etməyə dəvət edib. Bu müavinliyin nümayəndələr şəbəkəsi ölkənin elm təməlli qabliliyyətlərini tanımaq və onu sənayenin ehtiyacları ilə əlaqələndirmək niyyətindədir.
Texnologiya mübadiləsi şəbəkəsinin rəhbəri Muhəmməd Əmin Ələvi bu avadanlığın istehsalının əhəmiyyəti barədə deyib: Neft Nazirliyinin xüsusiylə müştərək yataqlarda olan hal-hazırdakı problemlərindən biri, digər ölkələrin bir neçə ildir ki, sapma qazıntı yerinə yetirmələri və bizim bu texnologiyaya sahib olmamağımızdır. Bu texnologiyaların və avadanlıqların əsas işi üfüqi qazıntı yerinə yetirə bilmələri və qısa bir zamanda daha çox hasilat əldə etmələridir. RSS avadanlığı yalnız bir neçə ölkədə var və ondan əsasən xidmət yönümlü məhsul kimi istifadə edirlər. Elm və Texnologiya müavinliyində həyata keçirdiyimiz araşdırmanı nəzərə alaraq, bu avadanlığı istehsal etmə qabiliyyətinə malik olan şirkətləri və qrupları müəyyən etmişik. Yalnız bəzi xüsusi hissələrin əldə olunmasında digər şirkətlərə ehtiyac ola bilər yaxud qeyri-iqtisadi olduğuna görə, onun bəzi modulları digər ölkələrdən alına bilər.
Ələvi bu layihənin elm təməllilərə tapşırılması prosesi barəsində deyib: Problemin müəyyənləşdirilməsində Neft Nazirliyinin yanında olmuşuq. Texnologiyanın İnkişafı Qəragahının İdarəetmə Mərkəzinin mərkəzliyi əsasında problemin müəyyənləşməsi zamanı avadanlığın istehsal imkanının və qüdrətinin olmasını, bu avadanlığı lokallaşdıra biləcək 2-3 şirkətin olmasını müşahidə etdik. Bu avadanlığın konstruksiyası elə bir şəkildədir ki, onun istehsalında İrandan kənara bağlı olmayacğıq və onun bütün ləvazimatları ölkə daxilində mövcuddur. Dəvət elan olunduqdan sonra da şirkətlərdən layihə təkliflərini əldə etmişik.
Çox güman ki, konsorsium yaradılacaq
Texnologiya mübadiləsi şəbəkəsinin rəhbəri müavinliyin bu avadanlığın istehsalı barəsindəki proqnozları barəsində deyib: Bizim proqnozumuz budur ki, bu iş konsorsium qurulması yolu ilə həyata keçirilsin. Yəni, elm təməlli şirkətlərdən bir neçəsi bir araya gələrək bu avadanlığı hazırlasınlar. Elm və Texnologiya müavinliyi yaradıcı şirkətlərin avadanlıq üçün bazarın mövcudluğu barəsində arxayın olmalarından ötrü, Neft Nazirliyindən alış zəmanətinin əldə olunmasına dair razılıq əldə edib.
O, vurğulayıb: Bu avadanlığın istehsalı ilə bağlı olaraq adətən, ilk nümunə yüksək xərclərlə qarşılaşır. Bizim proqnozumuz budur ki, ilk nümunənin 3-3.5 milyon dollar xərci olsun. Elm və Texnologiya müavinliyi bu avadanlığın ilk nümunəsinin istehsalına öz əsas dəstəyini verməyə çalışacaq. Bu avadanlıq strateji bir məhsuldur və onun ilk nümunəsinin istehsalı çox güman təxminən 2 il çəkəcək.