İrana məxsus elm təməlli şirkətlərdən biri, neft-kimya sənayesində mühüm avadanlıqların iki nümunəsini lokallaşdırmaqla, ölkəyə tətbiq olunmuş sanksiyalara görə yaranmış ehtiyacların aradan qaldırılmasında müsbət rol oynayıb.
Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, elm təməlli şirkətlərdən biri, mərkəzdənqaçma maqnit nasosları və kəsici polimerlər istehsal etməklə, neft və neft-kimya sənayelərinin əsas ehtiyacını təmin etməyi bacarıb.
Elm Təməlli Əqiq Sənaye Enerjsi Şirkətinin icraçı direktoru Əhməd Muxtari, şirkətin neft, qaz və neft-kimya sahəsində göstərdiyi fəaliyyətə işarə edərək deyib: Maqnit nasosları bu şirkətin ilk elm əsaslı məhsuldur və bütün neft, qaz və neft-kimya sənayesində, mis sənayelərində, təhlükəli zəhərli maddələrin ötürülməsi nəzərdə tutlan hər bir yerdə istifadə oluna bilər.
O, sözlərinin davamında deyib: Şirkətin ikinci elm əsaslı məhsulu polimer kəsicilərdir və bu məhsul adətən, neft-kimya sənayesində polimer maddələrin qranullarını istehsal etmək üçün istifadə olunur.
Sanksiyadan yaranmış ehtiyacların aradan qaldırılması
Bu aktiv texnoloq, sanksiya dövründə ölkənin neft-kimya sənayelərindəki ehtiyaclarının aradan qalxmasına işarə edərək deyib: Bu elm əsaslı məhsulların ölkə daxili oxşar nümunələri yoxdur. Bundan əvvəl xaricdən idxal olunurdu və hal-hazırda sanksiya qoyulub. Bu məhsullar həm qiymət baxımından, həm də keyfiyyət baxımından xarici nümunələri ilə rəqabət aparmaq gücündədir.
Muxtari, idxalın qarşısının alınması ilə bu məhsulların əhəmiyyətli dərəcədə valyutaya qənaət etmələrinə işarə edərək deyib: Maqnit nasosu və kəsici polimer sanksiya qoyulmuş avadanlıqlar olduğundan, onların idxalı dolayı yolla həyat keçirilir və bu da böyük xərclərə səbəb olur. Digər tərəfdən də yerli istehlakçılar üçün baha başa gəlir. Buna görə də, digər ölkələrdən istifadə edərək onların idxalını həyata keçirmə istəkləri sərfəli deyil. Bu, çətin şəraitdir. Çünki, onların istehsalçıları da qərb ölkələridir. Təbii ki, eyni keyfiyyətli və hətta, daha keyfiyyətli olan bu iki məhsul barəsində bizim qiymətlərimiz, Avropa və Amerika qiymətinin təxminən yarısıdır.
Elm Təməlli Əqiq Sənaye Enerjsi Şirkətinin icraçı direktoru şirkət tərəfindən yaradılmış məşğuliyyətə işarə edərək deyib: Bununla bağlı şirkətdə təxminən 30 nəfər birbaşa olaraq işləyir. Dolayı yolla da xammal, daşınma və emal xidmətləri kimi sahələrdə də əhəmiyyətli sayda insan, işlə təmin olunub.
Muxtari, elm əsaslı bizneslərin inkişafı üşün güzəştlər kimi dəstəklərin və imkanların ayrılmasının zəruriliyini bildirərək deyib: Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyi kimi qrumlar elm təməlli şirkətlərə vergi endirimləri təqdim edə bilərlər. Likvidlik və dövriyyə kapitalının elm təməlli şirkətlər üçün çox böyük əhəmiyyəti var. Əgər bu məsəslə himayə olunarsa, şirkətlər yerni məhsullar istehsal edə və idxalın qarşısını ala bilərlər.