Nanotexnologiyadan istifadə etməklə sənaye və məişət tullantı sularının çirklənməsinin azalması

Elm təməlli İran şirkətlətindən birinin mütəxəssisləri nanotexnologiya kimi texnologiyalardan istifadə etməklə tullantı sularını təmizləyən cihaz istehsal ediblər.

Xarici KİV-in verdiyi məlumata görə,plazma və kavitasiya texnologiyaları sinergetikasına əsaslanan tullantı sularını təmizləyən cihaz, müxtəlif növ tullantı sularının təmizlənməsi və onların yenidən istifadə olunması üçün təkrar emalı məqsədi ilə elm təməlli bir şirkət tərəfindən layihələndirilərək istehsal olunub.

Bu cihazlar “sənaye, mədən, məişət və.s tullantı sularından yaranan çirkləndiricilərin məhv edilməsi və zərərsizləşdirilməsi”, “təhlükəli birləşmələrə sahib xəstəxəna tullantı sularının təmizlənməsi” və “ağır metallar və mikro orqanizmlərlə çirklənmiş, zəhərli suların təmizlənməsi”-ində tətbiq oluna bilirlər.

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Nano Texnologiyalarının İnkişafı Mərkəzinin dəstəyi ilə aparıcı nano texnologiya şirkəti olan “Tav Asiya” tərəfindən plazma və kavitasiya texnologiyaları sinergetikasına əsaslanan tullantı sularını təmizləyən cihaz, suda olan mikro orqanizmlərin, çirkləndirici üzvi birləşmələrin və ağır metal çöküntülərinin məhv edilməsinə səbəb olur.

Bu  cihazın üstünlüklərindən “çox sabit maddələri məhv etmə qabiliyyəti”, “təmizləmə prosesinin tutduğu kiçik yer”, “kimyəvi maddələrdən istifadə olunmaması”, “ oxşar üsullarla müqayisədə xərcin az olması”, “ağır metalların aradan aparılması” və “həcmli palçıq istehsalının azaldılması”-na işarə etmək olar.

Bu cihazda təmizləmə prosesi üçün plazma və kavitasiya texnologiyalarının birləşməsindən istifadə olunub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir