Nanotexnologiya sahəsində ən fəal sənaye hansıdır?

2022-ci ilin sonuna kimi İran istehsalı olan məhsul və avadanlıqlara ümumilikdə 1428 nanomiqyas sertifkatı verilib. Nəqliyyat sahəsinin məhsulları 22%-lə, sənaye sahələrində bu sertifkata sahib olan məhsulları arasında ən çox paya malikdir.

Elmi Prorektorun Nanotexnologiyaların İnkişafı Mərkəzi nano bazarında şəffaflığın yaranması, keyfiyyətin yaxşılaşdırılması və istehlakçıların bu məhsullara olan inamının yüksəldilməsi məqsədi ilə nanomiqyas sertifkatı təqdim edib.

Mövcud statistikaya əsasən, 2022-ci ilin sonuna kimi ümumilikdə daxili istehsal olan məhsul və avadanlıqlara 1428 nanomiqyas sertifkatı verilib. Nəqliyyat sahəsinin məhsulları 22%-lə, sənaye sahələrində bu sertifkata sahib olan məhsulları arasında ən çox paya malikdir. Ondan sonrakı pillədə 20%-lə xammal dayanır.

Bu statistikaya görə, “avadanlıqlar” 17%, “tikinti və abadlıq” 9%, “sənaye xidmətləri və təchizatı” 8%, “dərman, səhiyyə və sağlamlıq” 7% və “energetika, neft və əlaqəli sənayelər” 5%-lə nanomiqyas sertifkatl əldə etmək üçün növbəti yerlərdə dayanıblar.

2022-ci ilin sonuna kimi Nanotexnologiya sahəsində 342 şirkət fəaliyyət göstərib. Bu şirkətlər 1187 nano məhsul və 241 nanotəchizatı istehsal edərək bazara çıxarıblar. Ümumilikdə nanotexnologiya 15-dən çox sənaye sahəsinə daxil olub və indiyə kimi bu sənayelərin məhsulları dünyanın 45 ölkəsinə ixrac olunub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir