Nanotexnologiya, hətta yaraları da daha tez yaxşılaşdırır

İranın elm təməlli şirkətlərdən birinin tədqiqatçıları yaranın yaxşılaşma müddətini azaldan yara yapışdırıcısı hazırlayıblar. Şirkətin baş direktorunun sözlərinə görə, bu məhsulun xarici nümunəsi olmayıb və Avropa CE sertifikatına sahib olan məhsullarla müqayisədə müalicə müddətini təxminən 2 həftə azaldır.

Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata əsasən, elm təməlli şirkətlərdən birinin mütəxəssisləri nanotexnologiyadan istifadə etməklə kəskin yaraların yaxşılaşması məqsədi ilə toz yara sarğıları və yara sarğılarını lokallaşdırmağı bacarıblar.

Şirkətin baş direktoru Bəhruz Rəufi yaraların müalicəsi və sağalma dövrünün azaldılmasının sürətlənməsi məqsədi ilə nano yara sarğılarının istehsalına toxunaraq deyib: Hal-hazırda bizim şirkətin məhsulları yaraların müalicəsində istifadə olunan iki məhsula, NanoEx vərəqşəkilli sarğı və NanoExpo dərin yara tozuna şamildir.

Texnologiya sahəsinin aktiv üzvü sözlərinin davamında deyib: NanoEx vərəqləri 10 kvadrat santimetr ölçüsündə və yara tozları isə  2 qr-lıq paketlərdə təqdim edilir. Bu məhsullar ISO13485 və GMP sənədləri və sertifikatlarına sahibdirlər. NanoEx məhsulu Avropa CE sertifikatına da sahibdir. Bu sertifikatlardan əlavə, hər iki məhsul İran Tibbi Avadanlıqlar İdarəsinin IMED istehsal sertifikatına da malikdirlər. Nanonarin Tibb Kompleksi birbaşa olaraq 30-35 iş yeri yaradıb.

Rəufi yeni NanoEx vərəq sarğısının geniş tətbiqlərinə işarə edərək deyib: Bu nano sarğı 1-ci və 2-ci dərəcəli yanıqlar, travma yarası, dəri transplantasiyaları, bağışlanmış üzv nahiyəsindəki yara və cərrahi əməliyyat yarası kim kəskin yaraların müalicəsində istifada olunur.

O, bu məhsulun xroniki yaraların müalicəsindəki tətbiqinə işarə edərək deyib: Diabetik ayaq yarası, təzyiq yaraları (yataq yarası kimi) və nəhayətdə, az axıntısı olan yaralardan tutmuş çoxlu problemləri və yan təsirləri olan orta dərəcəli yoluxucu və qeyri-infeksion yaraların yaxşılaşması NanoEx-in tətbiq sahələrindən sayılır.

Bu elm təməlli şirkətin baş direktoru NanoExpo dərin yara tozu sarğısının istifadə olunduğu yerlərə toxunaraq əlavə edib: Bu məhsul da travma, cərrahi əməliyyat, 1-ci və 2-ci dərəcəli yanıq yaraları, bağışlanmış üzv və dəri transplantasiyası nahiyəsindəki yaralara şamil olan kəskin yaralarda və diabetik ayaq yarası, təzyiq yaraları (yataq yarası kimi) və nəhayətdə, orta axırntılı yaralardan tutmuş ağır dərəcəli yoluxucu və qeyri-infeksion yaralara şamil olan xroniki yaralarda istifadə olunur.

Rəufi yeni NanoEx və NanoExpo sarğılarının hər iksinin nanotexnologiya əsasında və xitozan xammalı ilə hazırlandığına toxunaraq deyib: Bu məhsulların kimyəvi mənbələri yoxdur və bitkidən əldə edilirlər. Buna görə də, dəri hassaslığı yaratmırlar. Bu maddənin əsas xüsusiyyətlərindən axıntıların udulması, antibakterial və antibiofilm xüsusiyyətinə işarə etmək olar. Bu məhsulun xarici və İran nümunəsi olmayıb və Avropa CE sertifikatına sahib olan məhsullarla müqayisədə müalicə müddətini təxminən 2 həftə azaldır.

Bu elm təməlli sahənin aktiv üzvü NanoEx sarğısı məhsulunun daxili və xarici məhsullarla müqayisədə üstün cəhətlərinə işarə edərək deyib: Bu üstünlüklərdən yüksək elastiklik və nəticədə, sarğının qopma narahatlığı olmadan oynaqlarda istifadə imkanı, şaffaflıq və əvəz etməyə ehtiyac olmadan yara yatağanın yoxlanılmasına şərait yaratmaq və nəticədə, xərclərin azaldılması, biouyğunluq və bioparçalanma və nəticədə, yara yatağı toxumasının zədələnməsinin azaldılması və dəri həssaslığı yaratmamaq, gümüş kimi digər birləşmələrin əksinə olaraq arzu olunmaz yan təsirlər buraxmayan xitozandan istifadə etməklə antibakterial və antibiofilm xüsusiyyətlərə işarə etmək olar.

Hətta sümük və vətər görünən dərin yaralarda belə yaranın bütün mərhələrində istifadə imkanı Rəufinin işarə etdiyi bu məhsulun digər xüsusiyyətlərindən biridir. O, həmçinin deyib: İranlı istehlakçılar üçün əlverişli və həmişə əlçatan olması bu sarğının üstünlüklərindəndir. NanoEx sarğısı qabaqcıl və inkişaf etmiş olmağına baxmayaraq, asan istifadəyə malikdir. Evdə və yaxud klinikada asanlıqla istifadə oluna bilər. O, asanlıqla yara yatağına yapışır, asanlıqla və zədələmədən yaradan ayrılır.

O, həmçinin NanoExpo məhsulunun digər toz halında olan məhsullarla müqayisədə sahib oluğu üstün cəhətləri barəsində deyib: Bundan əvvəl İran bazarlarına gətirilən toz məhsulları yüksək qiymət və milli çatışmamazlıqlar kimi çoxlu problemlərlə üzbəüz idi ki, bu da yaranın sağalmasını çətinləşdirirdi. Həm də xarici toz sarğıları bioparçalanmaya sahib olmayıb, yaradan götürülərək yuyulmağa ehtiyacları vardı və hər bir paketdəki tozun miqdarı 0.7-1 qr idi ki, bu da NanoExpo ilə müqayisədə sərfəli deyildi. Bundan əlavə, yaranın üzərinə 3 mm diametrli toz təbəqəsi qoyulmalı idi ki, bu da nəhayətdə, iştifadəçilər üçün xərci artırırdı.

Şirkətin baş direktoru deyib: Bu xüsusi formula sahib NanoExpo tozunun ölkə daxilində və ya ölkə xaricində oxşarı olmayıb. O, sərfəli olmaqla yanaşı və axıntıları udmaqdan əlavə, eyni zamanda bərpaedici, çapıq yaratmama, müalicə müddətini bir aya qədər azaltma, antibakterial və antibiofilm xüsusiyyətlərə malikdir. İndiyədək bütün bu xüsusiyyətlər birlikdə heç bir məhsulda yerləşdirilməyib.

O, daxili ehtiyacın təmin olunmasına və idxal ehtiyacının azaldılmasına işarə edərək deyib: İxrac proqramı ilə bağlı hal-hazırda məhsul Türkiyə, İspaniya, BƏƏ, Yunanıstan, Rumıniya, Livan və Bəhrəyn də daxil olmaqla 7 ölkədə qeydiyyatdan keçib və ixraca hazırdır. Bu məhsulun qeydiyyat prosesi Hindistanda, Pakistanda və Flippində davam edir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir